"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Deputat: “Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır”

27 Yanvar 2016 - 10:43
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Vahid ƏhmədovVahid Əhmədov

►Vahid Əhmədov: “ Hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq. Amma indi Elman müəllim niyə elə deyib, düzü, şərh edə bilmirəm.”

Bunu da oxuyun

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Tramp Hörmüz boğazını “Yeni ABŞ ərazisi” elan etdi

Hökumət dollarla kredit götürənlərə güzəşt etməyəcək. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov yanvarın 26-da deyib:

“Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”.

Dollarla kredit götürənlərin borclarını köhnə məzənnəylə qaytarmalarının təşşəbüskarlarından biri deputat Vahid Əhmədov olub. O, AzadlıqRadiosuna müsahibəsində Elman Rüstəmovun dediklərinə münasibətini açıqlayıb.

– Vahid müəllim, Elman Rüstəmovun dediklərindən belə başa düşmək olarmı ki, hökumət dollarla kredit götürənlərə yardım etməyəcək?

– Mən elə düşünmürəm. Milli Məclisin İqtisadi siyasət Komitəsinin müzakirələri hələlik davam edir. Bununla bağlı əhalidən də çoxlu müraciətlər almışıq. Hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq. Amma indi niyə elə deyilib, düzü, şərh edə bilmirəm. O mənada ki, ümumi razılıq olubsa, yerinə yetirilməlidir. Qərara gəlinmişdi ki, 10 min dollara qədər istehlak kreditləri köhnə məzənnə ilə- 1,05 manatla ödəniləcək. Bu yaxınlarda da Samir Şərifov dedi ki, o vaxt banklar da kreditləri çox yüksək faizlərlə, 30-35 faizlə veriblər, – çox yaxşı ki, bunu boyunlarına alırlar – ona görə yaxşı olardı, özləri öz hesablarından versinlər. Bizi maraqlandırmır, bunu dövlət öz fondundan verəcək, Mərkəzi Bank öz fondundan verəcək və ya banklar öz fondlarından verəcək. Bu vəsait tapılmalıdır. Bu, əhali üçün çox əhəmiyyətli məsələdir. O istehlak kreditlərini götürənlər aşağı təbəqənin nümayəndələridirlər. Elman Rüstəmovun dediklərini isə sizdən eşidirəm. (Ardı aşağıda)

​

Buna da bax: «Azərqaz»ın əməkdaşının onurğasını qırdılar

– Elman Rüstəmov deyib ki, kreditlərin qaytarılmasında banklara bəzi yardımlar edilə bilər. O bu işə bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxılacağını istisna etməyib.

– Restrukturizasiya söhbəti gedir, bəli, bunu mən də eşitmişəm. Müəyyən orqanların rəhbərləri ilə söhbətlərim də olub. Mənə dedilər ki, restrukturizasiya edək, banklar borcu üzərlərinə götürsünlər. Amma mənim bank rəhbərləri ilə də danışıqlarım olub. Onlar deyirlər ki, vəsaiti hökumət versin, həmin vəsaitlə kredit məsələsini həll edək. Mən bildiyim odur ki, bu məsələ həll edilməlidir. İnsanlarımızın istehlak kreditlərini 1,55 və ya 1,60-la qaytarmaq imkanları yoxdur. Bu məsələni hökumət, Mərkəzi Bank etməlidir. Ümidvaram ki, nəhayət cənab prezident müdaxilə edərsə, məsələ həllini tapacaq.

– “Restrukturizasiya” nə deməkdir? Sadə vətəndaş üçün bunu izah edərdiniz, zəhmət olmazsa.

– Bankda siyahını götürüb baxırlar, müştərinin imkanını, borclarının azlığını-çoxluğunu götür-qoy edirlər və bunun əsasında da kimini “spisat” edirlər, kimini saxlayırlar.

Buna da bax: Qar cənub bölgəsindəki həyatı “dondurub”

– Bəs bu müştərilərə qarşı ayrı-seçkilik gətirməyəcəkmi?

– Gətirə bilər. Niyə gətirmir?.. İndi bunların arqumenti odur ki, bu gün insanları ələbaxımlığa öyrədərik, sabah başqaları da deyər: “Bizim kreditləri silin”. Ancaq söhbət silməkdən getmir. Mən Samir Şərifovla da razıyam. Banklar vaxtında həmin istehlak kreditlərini 30-35 faizlə verməsəydilər, bu borclar yaranmazdı. Banklara olan borclar həddən çoxdur. Bu, bankların günahıdır, hökumətin günahıdır,Mərkəzi Bankın imkanları var, ya yox… Bizi əsas düşündürən odur ki, məsələ həllini tapsın.

– Siz 10 min dollara qədər kreditlərə güzəşt edilməsini istəyirsiz, hökumət 5 min dollardan danışır. Amma məsələ bunda deyil. Siz AzadlıqRadiosuna müsahibə verəndən sonra saytımızın bir istifadəçisi yazmışdı ki, niyə deputat 10 min dollardan artıq krediti olanların da borclarını köhnə məzənnəylə qaytarmasına çalışmır? Niyə ayrı-seçkilik yaradırlar?

– Ona görə ki, bu, istehlak kreditləridir. Əhali bunu biznes və ya başqa məqsədlər üçün götürməyib. Biri uşağını oxudur, o biri toy edib, ya xəstədir… Bunlar ehtiyacı olanlardır və buna görə onları önə çəkmişik.

Previous Post

Deputat: “Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır”

Next Post

Etibar Məmmədovla Hikmət Hacızadə Vahid Mustafayevin filmindən DANIŞDILAR

Bənzər yazılar

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

19 Avqust 2026 - 14:00

"Moskva, Britaniya raket qüvvələrinin Rusiya Federasiyasına qarşı zərbələrdə iştirakını – bundan irəli gələn bütün nəticələri ilə birlikdə – Ukraynadakı münaqişədə...

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

19 Avqust 2026 - 13:37

Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki...

Tramp Hörmüz boğazını “Yeni ABŞ ərazisi” elan etdi

Tramp Hörmüz boğazını “Yeni ABŞ ərazisi” elan etdi

19 Avqust 2026 - 10:37

ABŞ prezidenti Donald Tramp özünün Truth Social hesabındakı paylaşımda Hörmüz boğazını "Yeni ABŞ ərazisi" elan etdi. Elchi.az xəbər verir ki, xəritə...

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

18 Avqust 2026 - 18:01

Qərbi Nil Virusu Şimali Makedoniyada ölümə səbəb olub. Virus səbəbindən dörd nəfər ölüb. Elchi.az xəbər verir ki, paytaxt Skopyedəki İctimai...

Next Post

Etibar Məmmədovla Hikmət Hacızadə Vahid Mustafayevin filmindən DANIŞDILAR

Etibar Məmmədovla Hikmət Hacızadə Vahid Mustafayevin filmindən DANIŞDILAR

Son xəbərlər

Netanyahu Trampla açıq qarşıdurmanı istisna etməyib

Netanyahu Trampla açıq qarşıdurmanı istisna etməyib

19 Avqust 2026 - 16:00
Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

19 Avqust 2026 - 15:52
Biləcəridən Ermənistana 26 vaqon buğda göndərilir

Biləcəridən Ermənistana 26 vaqon buğda göndərilir

19 Avqust 2026 - 15:43
Kolleclərə qeydiyyat başlayıb

Kolleclərə qeydiyyat başlayıb

19 Avqust 2026 - 15:30
Ermənistan Azərbaycanla sərhəddə beton istehkamlar qurur

Ermənistan Azərbaycanla sərhəddə beton istehkamlar qurur

19 Avqust 2026 - 15:16
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini saxta məhkəmə adlandırdı

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini saxta məhkəmə adlandırdı

19 Avqust 2026 - 15:00
Müxalifət Paşinyanın həyat yoldaşını boykot etdi

Müxalifət Paşinyanın həyat yoldaşını boykot etdi

19 Avqust 2026 - 14:53
Boşanmaların ən yüksək olduğu RAYON

Boşanmaların ən yüksək olduğu RAYON

19 Avqust 2026 - 14:44
Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ – Hər addımınız izlənəcək!

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ – Hər addımınız izlənəcək!

19 Avqust 2026 - 14:30
Azərbaycanda sel XƏBƏRDARLIĞI

Azərbaycanda sel XƏBƏRDARLIĞI

19 Avqust 2026 - 14:14
Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

19 Avqust 2026 - 14:00
Sabah Azərbaycana dolu düşəcək

Sabah Azərbaycana dolu düşəcək

19 Avqust 2026 - 13:48
Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

19 Avqust 2026 - 13:37
“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

19 Avqust 2026 - 13:35
ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

19 Avqust 2026 - 13:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.