“Laçın şəhərindən, Zabux və Sus kəndlərindən işğalçıların çıxarılması və bu yerlərdə dövlətimizin bayrağının ucaldılması haqq-ədalətin, beynəlxalq hüququn bərpasıdır”.
Elchi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Feysbuk hesabında qeyd edib.
Deputatın sözlərinə görə,Zabux və Sus kəndlərindən işğalçıların çıxarılması Azərbaycan dövlətinin gücünün, gündəliyi rəsmi Bakının müəyyən etdiyinin göstəricisidir:
“Bütün bunlar təcavüzkar Ermənistanın işğalı nəticəsində didərgin salınmış sakinlərin doğma yurdlarına qayıtmasına imkan verir. İşğal illərində Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmanı aparması Ermənistanın törətdiyi çoxsaylı ağır müharibə cinayətlərindən biridir. Buna görə Ermənistan dövləti beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu hadisə bir daha göstərir ki, ermənilərin bədbəxtliyinin kökündə hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq Ermənistan rəhbərləri və xaricdəki erməni təşkilatlarının fəaliyyəti dayanır. Boşaltdıqları yaşayış məntəqələrini yandırmaları həm erməni vəhşiliyinin, həm də bu ərazilərin onlara məxsus olmadığının göstəricisidir. Bir müddət sonra ermənilər rədd olub çıxıb gedərkən Xankəndini, Xocalını, Xocavəndi, Ağdərəni yandırsalar qətiyyən təəccüblənmək lazım deyildir. Çünki tarixən belə olub: barbarlar həmişə dağıdıblar, xüsusən özlərinə aid olmayanları. Dünya isə erməni barbarlığı qədər ikinci bir vəhşilik görməyib…”.
Şayəstə