"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi

02 Aprel 2018 - 15:03
in aktual-banner, Banner, Cebhe-banner, KÖŞƏ YAZILARI
FacebookVatsap

 

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

 

Yaxud Azərbaycanı təhdid edənlərin əsl həqiqətləri

Xaricdən başlanan və əsas oyunçuları deyil, yalnız kamikadzeləri görünən təhqir, şantaj, söyüş, hədə-qopxuyla dolu VİRTUAL TERROR YÜRÜŞÜ nə siyasi davadır, nə də hakimiyyət davası. Siyasət və ya hakimiyyət davası olsaydı, görməzdən gələrdik, “Siyasətçilər məşğul olsun” deyə yaxamızı kənara çəkərdik, yaxud “Bizim problem deyil də” deyib üzümüzü çevirib gedərdik. İndisə vəziyyət tam fərqlidir. Başlanan bu ideoloji terror birbaşa dövlətə yönəlib. Təkcə hakimiyyətə deyil, dövlətə qarşı xüsusi bir planın tərkib elementlərindəndir. Cəmiyyətə qarşı açılan yeni bir ideoloji, amma hələlik virtual terror cəhdidir. Öhdəsindən gələcəklərmi? Ya biz – bu terrora qarşıANTİ-TERROR əməliyyatı keçirməli olanlar öhdəsindən gələ biləcəyikmi? Hər halda ikinci olmalıdır. Nəyin bahasına olur-olsun, biz bacarmalıyıq. Hələki bizim müqavimətimiz o qədər yetərli görünmür, əksinə günü-gündən məkrli “söyüş makinası”nın hay-həşirli, söyüşlü, təhqirli videoları sosial şəbəkələri bürüyür.

***

İndi çoxları düşünür ki, bu adamlar öz sözlərinimi deyirlər? Azərbaycan cəmiyyətində hansısa söz sahibidirlərmi ki, insanlarımız onlara inansın? Bu adamlar heç kimdir! Onlar nə böyük güc, nə böyük zəka sahibidir. Heç ölkənin içindəki havadarları da özlərindən fərqlənmir. Sosial bazaları da, arqumentləri də bir həsir, bir məmmədnəsirdir. Bir kimsənin tanımadığı, xatırlamadığı, siyasi müstəvidə nə adları, nə sözləri olan bu adamlar Azərbaycanda nəsə etmək qüdrətində deyillər. Amma onların arxasında görünməyən başqa güclər var və məsələ məhz bundadır. Müxtəlif ideoloji mərkəzlər, siyasi və iqtisadi qüvvələr onları virtual KAMİKADZELƏRƏ çevirib və hələlik onların diliylə danışır.

***

Deməli, təhdid və təzyiq altında olan təkcə hakimiyyət, hakimiyyətin birinci şəxsi və ya onun ətrafı yox, bütünlükdə Azərbaycandır. Planın əsas tərkib elementlərindən birincisi Azərbaycan cəmiyyətini test edib yoxlamaq, fürsət düşdükcə qarşıdurmalara, iğtişaşlara hazırlamaqdır. Virtual terroru indi danışdırılan bu adamların diliylə, söyüşüylə, təhqiriylə cəmiyyətimizin İLİYİNƏ yeritmək və gələcəkdə ondan bəhrələnmək istəyirlər. Günlərin birində bunların timsalında şərti adı “Azad Azərbaycan Ordusu” olan bir silahlı-terrorçu qrup da yarada bilərlər. Və onlar Azərbaycana demokratiya əvəzinə təhqir, hədə-qorxu gətirdikləri kimi, sabah da Suriya düyünü gətirməyə tam hazır zümrədirlər.

***

Bəzən bizi də qınayırlar ki, kampaniyaçılıqla məşğulsunuz. Bu, kampaniyaçılıq deyil, ölkənin taleyinə biganə olmağı bacarmamaq və məsuliyyətdir. Sabitlik olan bir ölkənin vətəndaşı olmaq, sabit bir ölkədə yaşamaqla dağınıq və xaos altında inləyən cəmiyyətdə, dağıntıların altında BAYQUŞ kimi ulamaq birdirmi? Təbii ki, yox! Milləti və üstündən imperiya nəzərləri əskilməyən Vətəni sevənlər hamısı belə düşünür. Biz axı, belə öyrənmişik. Bizlərdən başqa nəsə gözləmək olmaz…

Amma və təəssüf ki, ölkədəki siyasi güc mərkəzləri, partiyalar hələ susur. Deputatların 3-4-ü bu təhlükəyə qarşı çıxır. Doğrudanmı, ölkədə elə bir siyasi güc mərkəzi olmadı ki, bu missiyanı üzərinə götürsün və gərəkərsə, İlham Əliyevlə çiyin-çiyinə ölkəmizdən Liviya, Suriya düzəltmək  istəyənlərin qarşısında birgə dayanacağını desin?

Prezidenti, ailə üzvlərini, onun köməkçisinin özünü və ya ailəsini, ziyalıları, siyasiləri təhqir etmək, nüfuzdan salmağa cəhd göstərmək bu şəxslərə qarşı aparılan dava deyil, ölkəni xaosa sürükləmək cəhdidir. Prezidentdən başladılar, sonra köməkçisi Əli Həsənova keçdilər. Bu gün belə başlayıblar, sabah bir az da irəli gedəcəklər, yeni ünvanlar, yeni şəxslər tapılacaq.

Biz ki, bunu yaşamışıq. 1993-cü ilin iyun qiyamı başlayanda  Surət Hüseynov da indiki kamikadzelərin rolundaydı. Əvvəl baş nazirin istefası istənildi, ona nail olunan kimi hədəf Milli Məclisin sədri oldu. Bu hədəflərinə də çatdılar və son utimatum eşidildi: Prezident istefa verməlidir! Həmin dövrün ORDUXANLARI da SURƏTLƏR, ƏLİKRAMLAR, RƏHİMLƏR idi. Yaxşı ki, son anda o dövrün orduxanları istəklərinə çatmayıb, hakimiyyətə yiyələnə bilmədilər. Mərhum Heydər Əliyev gəldi. Yoxsa indi Azərbaycan adlı dövlət yox idi, Azərbaycan dövləti haqqında ancaq keçmiş zamanda danışacaqdıq, “Azərbaycan adlı bir dövlət vardı” deyə bəlkə də tarix kitablarında yazılacaqdı…

Bu gün gözümüzün önündə Türkiyə nümunəsi var. MHP lideri Baxçalı siyasətdə bir naşımıdır? Baxçalı böyük siyasət adamıdır, milli gücdür, bəs nədən Ərdoğanı müdafiə edir və hətta gələn il keçiriləcək seçkilərdə belə Ərdoğanı müdafiə edəcəyini indidən bəyan edir? Zira, Baxçalı Türkiyəyə qurulan tələnin miqyasını, mayasını bilir. Türkiyə naminə Türkiyəni yox etmək istəyənlərlə savaş aparır, Ərdoğanı da məhz ona görə müdafiə edir. Bilir ki, bu, siyasi savaş deyil, bu, Türkiyəni paramparça etmək planıdır. Azərbaycan siyasətçilərindən də şəxsən mən Baxçalı addımını gözləyirdim.

Azərbaycana qarşı siyasi savaş aparılmır, bu cəmiyyətin altyapısına terror və bitməyən qarşıdurma toxumu əkmək istəyən qüvvələr var. Toxumu da, gübrəni də verən başqalarıdır, orduxankimilər isə bu toxumu səpmək üçün seçilmiş VİRTUAL ƏKİNÇİLƏR – kamikadzelərdir və bir gün bu kamikadzeləri yetişdirənlər özləri onları ölümə təhrik edəcək, özlərini partlatmağa məcbur edəcəklər.

***

Bizim davamız budur! Özümüz söyüş obyektinə çevrilsək də, hədəf olsaq da, canımız qədər sevdiyimiz Azərbaycan uğrunda başımız qurbandır! Bu, siyasi hakimiyyətə satılmaq deyil, bu dövlətçilikdir. Bizim davamız ayrı-ayrı fərdlər uğrunda deyil, Azərbaycan uğrundadır. O Azərbaycanda bu gün hakimiyyətdə İlham Əliyevdir, ola bilsin ki, aprelin 11-də yenidən seçilsin. Yaxud bir növbəti seçkidə başqası prezident olsun və İlham Əliyev bir prezident olaraq, Azərbaycanı həmin şəxsə əmanət edəcək. Bu gün ölkəmizi virtual kamikadzelərin və onları yetişdirən terror mərkəzlərinin ümidinə buraxsaq,  imkan versək ki, həmin kamikadzelər özləriylə birgə Azərbaycanı da partlatsınlar, bəs onda nə olacaq? Bizdən sonra gələnlərə nə əmanət verəcəyik? Xarababazara çevrilən ölkəmi, bayquşların uladağı quru torpaqmı?

***

Böyük oyunlar qurulub. Təbii ki, hakimiyyətin informasiyası daha çoxdur. Siyasi müxalifətin də məlumatı olmamış deyil. 2013-cü ildə bunun şahidi olduq. Rusiyanın birbaşa iştirakı ilə bir proyekt quruldu və ölkəni təhdid etdi. Putinin həmin il azərbaycanlının kapitan olduğu sualtı qayıqla Bakıya gəlməsini unutmaq olmaz. Bu dəfə təkcə Rusiya deyil, Qərb də öz planlarını işə salıb. Sabahımıza qurulan tələnin mərkəzindəyik…Bu tələdən qurtulmağa güc də var, ağıl da. Bircə vətəndaş birliyini möhkəmləndirmək qalır. Daxildə ittiham və söyüşdən imtina edib, dövlətin simvollarına sayğı duysaq, nə qorxumuz olacaq ki? Vətəndaş birliyi ilə milli müqavimət təşki ediləcək, Azərbaycan qalib gələcək!

***

Hər şeyi sıfırdan başlamaq üçün gözəl bir zaman yetişib. Xarici güclərin əlində əsir olanlar və onların sahibləri  qarşısında dirəniş göstəməklə işıqlı yolumuza lampa tuta bilərik. Sadəcə hər ikisini dışlamaqla, sıralarımızdan ixrac etsək və milli ihanəti bağışlamamaq qədər birliyimiz olsa, yetər… Davamız böyükdür. Bütöv Azərbaycandan danışdığımız halda bu yavru Azərbaycanı kimlərəsə yem edə bilmərik! Nə tarix, nə millət bunu bağışlayar…

 

Previous Post

Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi

Next Post

Niyaməddin Orduxanlı Aslan İsmayılovun təhqirlərinə cavab verdi

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post
Niyaməddin Orduxanlı Aslan İsmayılovun təhqirlərinə cavab verdi

Niyaməddin Orduxanlı Aslan İsmayılovun təhqirlərinə cavab verdi

Niyaməddin Orduxanlı Aslan İsmayılovun təhqirlərinə cavab verdi

Niyaməddin Orduxanlı Aslan İsmayılovun təhqirlərinə cavab verdi

Son xəbərlər

Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00
Bu şəxslərin maaşı artırılacaq

Bu şəxslərin maaşı artırılacaq

28 İyul 2026 - 15:53
Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

28 İyul 2026 - 15:44
Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib

Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib

28 İyul 2026 - 15:00
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

28 İyul 2026 - 14:47
Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

28 İyul 2026 - 14:30
Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

28 İyul 2026 - 14:16
Pentaqon Ukraynaya yardım xərclərini onilliyin sonunadək bölüşdürəcək

Pentaqon Ukraynaya yardım xərclərini onilliyin sonunadək bölüşdürəcək

28 İyul 2026 - 14:00
“İdrak” işi: Şagirdin atası barədə qərar…

“İdrak” işi: Şagirdin atası barədə qərar…

28 İyul 2026 - 13:46
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

28 İyul 2026 - 13:30
Hindistan S-400-ü əvəz edəcək sistemi sınaqdan keçirib

Hindistan S-400-ü əvəz edəcək sistemi sınaqdan keçirib

28 İyul 2026 - 13:00
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

28 İyul 2026 - 12:56
Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

28 İyul 2026 - 12:44
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub

Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub

28 İyul 2026 - 12:35
Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

28 İyul 2026 - 12:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.