Hindistanın Meteorologiya Bürosunun məlumatına görə, sentyabrın 4-də paytaxtda havanın temperaturu Selsi üzrə +40,1 dərəcəyə qədər istiləşib – payızın ilk ayında belə yüksək göstəricilər 1938-ci ildən bəri qeydə alınmayıb. Elchi.az xəbər verir ki, bu barədə Blomberg məlumat yayıb.
İstilər ölkənin digər bölgələrində də müşahidə olunur.
Sinoptiklərin sözlərinə görə, istilər adətən may ayında ən yüksək həddə çatır, sonra mussonların gəlməsi ilə temperatur tədricən azalır. Bununla belə, Hindistan bu il yüz ildən çox müddətdə ən quraq avqustunu yaşayıb və buna bənzər anomal sentyabr gözlənilir.
Meteoroloqlar qeyd edirlər ki, sentyabrın 6-da Dehlinin bəzi yerlərində yağış yağa bilər, lakin sentyabrın 7-dən 11-dək yenidən quraq hava şəraiti gözlənilir.
Havar Şəfiyeva