Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.
Elchi.az xəbər verir ki, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.
“Al Tumama” stadionundakı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşmanı Xesus Valensuela idarə edəcək.
Günün digr qarşılaşmasında İngiltərə – Seneqal milliləri üz-üzə gələcək. “Əl Bayt” stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.
“Real Madrid” və “Barselona” 18 yaşlı müdafiəçini transfer etmək istəyir
İspaniyanın “Real Madrid” və “Barselona” klubları Braziliyanın “Atletiko Mineyro” komandasında çıxış edən Vitaonu transfer etmək istəyir. Elchi.az xəbər verir ki,...





















Son şərhlər