Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır.
Elchi.az xəbər verir ki, məlumatı İctimai Televiziya və Radio Yayımları Şirkəti yayıb.
“Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq”, – məlumatda bildirilib.
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığını davam etdirir. Elchi.az xəbər verir ki, yığmanın növbəti məşqi Bakıda, Gənclər və İdman...





















Son şərhlər