"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

DÇ-2018-in püşkü atıldı

27 İyul 2015 - 10:06
in İDMAN
FacebookVatsap

Rusiya FİFA-dakı rüşvət qalmaqalından sonra rahat nəfəs aldı, qruplarda kimlər var?

Bunu da oxuyun

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

İyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatmasına maraq əvvəlki analoji tədbirlərdən qismən fərqlənirdi. Bu da səbəbsiz deyildi. 
 
Ruslar rahatlandı
Məlumdur ki, FİFA hazırda 111 illik tarixi ərzində  ən böyük böhranı yaşayır. FİFA-nın iki vitse-prezidenti də daxil bir neçə   yüksək rütbəli məmuru iki ay əvvəl  rüşvət ittiahamı ilə həbs edilib. Onlara əsas ittihamlar sırasında  dünya çempionatlarının keçirilməsi üçün müxtəlif ölkələrdən milyonlarla rüşvət almalarıdır. FİFA prezidenti Yozef Blatter bu ittihamları əvvəl qəbul etmədi. Amma yenidən FİFA prezidenti seçilməsinə baxmayaraq,  geri çəkilməli oldu və quruma yeni seçkilər təyin edildi. İndi o yalnız  de-fakto müvəqqəti prezident səlahiyyətlərini icra edir.
FİFA-dakı rüşvət qalmaqalı başlayanda DÇ-2018-in Rusiyada keçirilməsi üçün rüşvət verilməsi barədə iddialar yenidən gündəmə gəldi. FİFA rəhbərliyinin 2018-ci və 2022-ci illər dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətərə verərkən külli miqdarda rüşvət aldığı barədə hələ bu rüşvət qalmaqalından əvvəl də Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilmişdi. Rusiya prezidenti Vladimir Putin də vəziyyətin ciddiliyinin anlayaraq FİFA prezidentinə təzyiqlərdə əsas məqsədin Rusiyada keçiriləcək dünya çempionatını qadağan etmək olduğunu demişdi. Amma FİFA-da rüşvətlə bağlı istintaq illərlə hazırlıqlar tələb edən bir çempionatın Rusiyadan alınması məsələsini böyütmədi. Rusiya prezidenti püşkatmada iştirak etmək üçün Sankt-Peterburqa gələn Blatterlə görüşündə 2018-ci il dünya çempionatı ilə bağlı bütün hazırlıqların vaxtında və yüksək səviyyədə başa çatacağına söz verib. Beləliklə, dünya çempionatının Rusiyada alına biləcəyi ilə bağlı söz-söhbətə Sankt-Peterburqda nöqtə qoyulub.
Avropa qrupları – dünya çempionu rəqibimiz oldu
Əvvəl püşkatmada iştirak edəcək 52 Avropa yığması 9 qrupa bölünüb. Bunların 7-də 6, 2-də 5 komanda olub. Püşkatmada AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov və milli komandanın baş məşqçisi Robert Proniseçki iştirak edib.
Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamızın bəxti yenə gətirməyib və qrup mərhələsində kifayət qədər güclü rəqiblərlə mübarizə aparmalı olacaq. Belə ki, millimiz Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.
“Yaxşı komandaların olduğu maraqlı qrupa düşdük”. Bunu Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.
Təcrübəli mütəxəssis rəqiblərdən Çexiya, Norveç və Şimali İrlandiyanın iddialı komandalar olduğunu vurğulayıb: “Çexiya, Norveç və Şimali İrlandiya ambisiyalı komandalardır. Bu yığmalar yaxın keçmişdə yaxşı nəticələr əldə edib. Əlbəttə ki, son dünya çempionu kimi qrupu lider başa vurmaq istəyirik. Eyni zamanda qrupun favoritiyik”.
Alman  mütəxəssis deyib ki,  hazırda bütün diqqəti yalnız “Avro-2016″nın seçmə mərhələsinə yönəldiblər. Bu turnirdən sonra isə dünya çempionatının seçmə mərhələsi haqda düşünəcəklər.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev də  
milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupa düşdüyünü deyib: “San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olan Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm”. O, millimizin seçmə mərhələdə əldə etdiyi nəticələrlə azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.
Avropa qrupunu təqdim edirik:
A qrupu:
Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq
B qrupu:
Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra
C qrupu:
Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino
D qrupu:
Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan
E qrupu:
Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan
F qrupu:
İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta
G qrupu:
İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn
H qrupu:
Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr
I qrupu:
Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya
Oyunların təqvimi məlumdur 
Rusiya təşkilatçı ölkə kimi final mərhələsinə birbaşa vəsiqə alsa da, H qrupunda simvolik təmsil olunub. Onun oyunlarının nəticələrinin qrup turnirinə heç bir təsiri olmayacaq, daha doğrusu yoldaşlıq görüşü xarakterli olacaq.
Avropa yığmaları arasında keçiriləcək təsnifat mərhələsinin oyunları 2016-cı il sentyabrın 4-də start götürəcək. Seçmə mərhələnin qrup oyunları 2017-ci il oktyabrın 8-10-da başa çatacaq.
“Play-off” matçları noyabrda keçiriləcək: ilk oyunlar – 2017-ci il 9-11 noyabrda, cavab oyunları – 12-14 noyabrda.
Oyunların ilkin tarixləri aşağıdakı kimi müəyyən edilib: 1-ci tur: 2016-cı il 4-6 sentyabr; 2-ci tur: 6-8 oktyabr; 3-cü tur: 9-11 oktyabr; 4-cü tur:11-13 noyabr; 5-ci tur: 2017-ci il 24-26 mart; 6-cı tur: 9-11 iyun; 7-ci tur: 31 avqust – 2 sentyabr; 8-ci tur: 3-5 sentyabr; 9-cu tur: 5-7 oktyabr; 10-cu tur: 8-10 oktyabr. Çempionatın oyunları Rusiyanın 11 şəhərinin – Moskvaya, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samaraya, Soçi və Rostovdakı 12 stadionunda iyunun 15-dən iyulun 14-dək keçiriləcək.
Kosta-Rika, Panama, Qrenada, Haiti…
29 ölkə qitələrarası seçmə sikllərdən dünya çempionatına vəsiqə qazanacaqlar. Qalan 2 vəsiqə məhz qitələrarası kəsişmənin oyunlarından sonra sahibini ta
pacaq. Nəticədə Şimali Amerika – Asiya, Okeaniya – Cənubi Amerika cütlüyü formalaşıb.
Afrika zonasında ilk 2 mərhələnin püşkatma mərasimində komandalar bir-biri ilə 3 dövrəlik mürəkkəb olimpiya sistemi ilə cütlüklərə bölünüblər.
Asiya zonasında seçmə mərhələ artıq başladığından, bu qitənin ölkələri üçün püşkatma keçirilməyib. Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri (KONKAKAF) üçün püşkatma nəticəsində qrupların tərkibi belə formalaşıb:
A qrupu: Meksika, Honduras, Kürasao – Salvador cütünün qalibi, Kanada – Beliz cütünün qalibi,
B qrupu: Kosta-Rika, Panama, Qrenada – Haiti cütünün qalibi, Yamayka – Nikaraqua cütünün qalibi,
C qrupu: ABŞ, Trinidad və Tobaqo, Sent-Vinsent və Qrenadinı – Aruba cütünün qalibi, Antiqua və Barbuda – Qvatemala cütünün qalibi.
Okeaniya zonası üçün də püşk atılıb. Qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: Taiti, Yeni Kaledoniya, ilkin raundun qalibi, Papua-Yeni Qvineya,
B qrupu: Yeni Zelandiya, Solomon Adaları, Fici, Vanuatu

 

Previous Post

Neft ucuzlaşıb

Next Post

Əhməd Davudoğlu: Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur

Bənzər yazılar

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını İspaniyanın “Barselona” komandasında davam etdirməyə yaxındır. Elchi.az xarici KİV-ə istinadla xəbər verir ki, 30...

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05

"Qarabağ" prezidenti Tahir Gözəl klub Konfrans Liqasının əsas mərhələsinə yüksələrsə, oyunçulara pul mükafatı sözü verib. Elchi.az xəbər verir ki, bu...

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şamaxı” qarşılaşmasının biletləri bu gün satışa çıxarılıb. Elchi.az xəbər verir ki,...

“Qarabağ” – “Tvente” matçına hakim təyinatı oldu

“Qarabağ” – “Tvente” matçına hakim təyinatı oldu

14 Avqust 2026 - 14:30

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Tvente” (Niderland) matçının hakim təyinatları açıqlanıb. Elchi.az  xəbər verir ki, avqustun 27-də...

Next Post

Əhməd Davudoğlu: Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur

Əhməd Davudoğlu: Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur

Son xəbərlər

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28
Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

15 Avqust 2026 - 11:12
“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18
Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

15 Avqust 2026 - 10:00
Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.