"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

21 Aprel 2026 - 16:24
in HADİSƏ
FacebookVatsap

Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.

Bunu da oxuyun

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

DİN-dən Elchi.az-a verilən xəbərə görə, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və bayır xidmətinin təşkilinin vəziyyətinə həsr olunmuş iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.

Qeyd olunub ki, cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub. Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.

Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb, eyni zamanda yol-nəqliyyat hadisələrinin sayı 15 fakt, qəzalarda ölənlərin sayı 9 nəfər, xəsarət alanların sayı 44 nəfər az olub.

Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.

İclasa yekun vuran daxili işlər naziri V.Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.

Previous Post

DİN: 3 ayda 7738 cinayət qeydə alınıb, 85,9 faizi açılıb

Next Post

ABŞ və İran sabah İslamabadda danışıqlar aparacaq

Bənzər yazılar

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Elchi.az-a verilən xəbərə görə, DSX Sərhəd...

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib. Elchi.az xəbər verir ki,...

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

08 Oktyabr 2026 - 16:09

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Elchi.az...

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

08 Oktyabr 2026 - 09:48

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar...

Next Post
ABŞ və İran sabah İslamabadda danışıqlar aparacaq

ABŞ və İran sabah İslamabadda danışıqlar aparacaq

Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb

Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.