Türkiyənin baş naziri Əhməd Davudoğlu çətin vəziyyətə düşüb.
Davudoğlu Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun Kobani sərhəddi ilə bağlı yeni qanunun lazım olması təklifinə münasibət bildirib.
Baş nazir Suriya prezidenti Bəşər Əsədin adını deməkdə çətinlik çəkib. Belə ki, o əvvəl Əsad, sonra Əsəd deyib. “Əsəd İŞİD-dır”, demək istəyərkən isə dili topuq vurub və “Eşed İŞİD-dır” deyib.
Qeyd edək ki, İŞİD terrorçu qruplaşmasının üzvləri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kobani şəhərinə daxil olublar. İŞİD hücumuna etiraz aksiyaları Türkiyəni də bürüyüb. Son 3 gündə baş verən toqquşmalarda 35 nəfər ölüb, 200-dən çox insan yaralanıb.(ANSPRESS)