ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan edib ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar zamanı, xüsusən də ölkədəki rusdilli əhalinin vəziyyəti ilə bağlı məsələlər nəzərdən keçirilir.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Hələ də Ukraynada olan etnik rusların taleyi sonda nə olacaq? Hələ də Rusiyada olan etnik ukraynalıların taleyi nə olacaq?” o, Britaniyanın “UnHeard” portalına müsahibəsində danışıqlarda müzakirə olunan əsas məsələləri sadalayıb.
Bundan əlavə, o, Ukrayna üzrə danışıqlar zamanı Zaporojjya AES-ə mümkün birgə nəzarətin müzakirə olunduğunu bildirib.
Yeganə





















