Danimarkada silahlı hücum: 1 ölü, 4 yaralı

83

Danimarkanın paytaxtı Kopenhagendə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Kopenhagen polisinin sözçüsü Poul Kjeldsen bildirib ki, iki maskalı şəxs Kristina rayonunda binaya atəş açıb.
Hücumun səbəbinin cinayətkar dəstələrlə bağlı ola biləcəyini deyən Kjeldsen 1 nəfərin öldüyünü, biri ağır olmaqla 4 nəfərin yaralandığını qeyd edib.
Polis maskalı hücumçuları tutmaq üçün işlərini davam etdirir.

Kristina Məhəlləsi cinayətkar dəstələri, anarxist kommunaları və ağır narkotik istifadəsi ilə tanınır.

Nuranə Məmmədova