Britaniyada almanların Ukrayna üçün hazırladıqları xoşagəlməz sürprizdən danışıblar.
Elchi.az xəbər verir ki, köşə yazarı Chris Jewer hesab edir ki, Almaniyada silah tədarükünə qarşı planlaşdırılan etiraz aksiyası Kiyev üçün xoşagəlməz sürpriz olacaq, çünki bu, Almaniyanın Ukraynaya hərbi yardımla bağlı siyasətini dəyişə bilər.
Jurnalistin “Daily Mail” üçün yazdığı məqalədə dediyi kimi, Berlinin Ukraynaya münasibətini dəyişməyə çağıran “Sülh Manifestosu” adlı petisiya artıq 500 min imza toplayıb. Juerin sözlərinə görə, almanlar diqqəti sülh danışıqlarına və münaqişənin dondurulmasına yönəltməyi tələb edirlər. Təşəbbüs Bundestaqın deputatı Sara Vaqenknext və alman jurnalist Alisa Şvartsers tərəfindən irəli sürülüb.
Juer qeyd edib ki, Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı minlərlə insanın iştirak etdiyi Ukraynanın silahla dəstəklənməsi ilə bağlı etiraz aksiyaları keçirilib. Öz növbəsində Hannoverin keçmiş yepiskopu Margot Kesmann bildirib ki, Almaniyada Ukrayna münaqişəsi ilə bağlı ictimai müzakirələr artıq alovlanıb.
Şayəstə