"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Daha ciddi iqtisadi islahatları həyata keçirilməsinə ehtiyac var”

15 Mart 2022 - 21:25
in MANŞET
FacebookVatsap

2020-ci ildə necə möhtəşəm qələbəyə imza atdığımızı indi hər kəs bir daha dərindən başa düşür. Buna görə də biz ötən il hökumətin hesabatında cənab Prezidentə, hökumət üzvlərinə öz minnətdarlığımızı bildirdik. Xalqımız da tarixinə qızıl hərflərlə yazılan bu qələbəni heç vaxt unutmayacaq.

Bunu da oxuyun

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında səsləndirib.

Millət vəkili bununla yanaşı qeyd edib ki, bu gün aparılan iqtisadi islahatlar bizi qane etməməlidir: “Mən ümumi vəziyyəti özündə əks etdirəcək bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm: Bütün dünyada hökumətlərin fəaliyyətinə hesabat dövründə açılan iş yerlərinin sayına görə qiymət verilir. Mən indi icmal hesabatın 35-ci səhifəsində oxuyuram ki, 2021-ci ilin dekabrın əvvəlinə olan vəziyyətə görə, musdla çalışan işçilərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və yaxud 1,2% artaraq 1704000 (bir milyon yeddi yüz dörd min) nəfər olub. Hesab edirəm ki, bir il ərzində 20 min iş yerinin açılması bizi qane edə bilməz. Bundan başqa, bəzi hallarda biz nəyi müşahidə edirik? Bəlli olur ki, 1704000 (bir milyon yeddi yüz dörd min) iş yerindən 905 mini iqtisadiyyatın dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorunda isə 799 min insan çalışır. Bu hesabatlıa tanış olanda görürük ki, dövlət müəssisələrində çalışan işçilərin əmək haqqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manatdır.

Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hesabatda yer alan göstəricilərdən göründüyü kimi, əgər əmək haqlarında bu qədər böyük bir fərq varsa, nə üçün dövlət müəssisələrini özəlləşdirmisiniz ki, bizim insanlarımız normal maaş alsınlar və büdcəyə vergi ödəsinlər. Mənə qədər çıxış edənlər qeyd etdilər ki, seçildikləri ərazilərdə su, qaz problemləri var, məktəblərin təmirinə ehtiyacı duyulur, yollar çəkilməlidir və s. Bunların hamısı üçün isə vəsait lazımdır. Bizim Ümumdaxili Məhsulun (ÜDM) həcmi cəmi 93 milyarddır, adambaşına düşən ÜDM-in həcmi isə 9269 manat. Təqribən 5 min avro. İnkişaf etmiş Avropa ölkələrində bu rəqəm 30-35 min avrodur, bəzilərində isə daha çoxdur. Axı biz bu rəqəmi islahatlar aparmaqla ən azı 3 dəfə artıra, 30 min manata çatdıra bilərik”.

BAXCP sədri hesabat dövründə ərzaq məhsullarının qiymətində baş verən artıma da diqqət çəkib: “Ölkədə 1 milyon 197 min pensiyaçı var. Onların da pemsiyaları 2020-ci illə müqayisədə artırılaraq, 302 manatdan 331 manata çatdırılıb. Təqribən 28-29 manat artım olub. Hesab edirəm ki, bu da yetərli deyil. Nəzərə alsaq ki, Azərbaycana Rusiya və Ukraynadan pul göndərişlərində də məhdudiyyətlər olacaq. Eyni zamanda heç kimə sirr deyil ki, xaricdən daxil olan vəsaitlər sosial gərginliyin aradan qalxmasına səbəb zəmin yaradan amillərdən biridir.Bütün bunlar mütləq nəzərə alınmalıdır. Hesabatda qeyd olunub ki, 2021-ci ildə bizim valyuta ehtiyatlarımız 2,4 milyard artıb. Amma inflyasiya və pandemiya dövründə biz, əslində valyuta ehtiyatlarımızdan daha çox xərcləməliydik. Valyuta ehtiyatlarımızın artması ilə öyünməli deyilik. Məncə əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə valyuta ehtiyatlarımızdan xərcləməyə ehtiyac var idi”.

Başqa bir məqama diqqət çəkim: Hesabatda qeyd olunur ki, 2021-ci ildə ölkənin sənaye sektoruna 7 milyard 328 milyon manat vəsait yatırılıb. Bunun 5 milyard 761 milyon manatı neft-qaz sektoruna qoyulub. Qeyri-neft sektoruna isə cəmi 1 milyard 563 milyon manat investisiya yatırılıb. Bu çox kiçik rəqəmdir. Belə olduğu təqdirdə biz qeyri-neft sektorunu necə inkişaf etdirə bilərik? Buna görə də araşdırma aparılmalıdır ki, bizdə qeyri-neft sektoruna hansı səbəblərdən investisiya yatırılmır. Bunun kökü haradan və nədən qaynaqlanır? Baş nazir də vurğuladı və biz də böyük minnətdarlıq hissi ilə qeyd edirik ki, gömrük və vergi orqanları 1,7 milard manat artıq vəsait toplayıblar və bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xərclənilib. Amma bununla vəziyyətdən çıxmaq mümkün deyil. Hesab edirəm ki, ölkədə daha ciddi iqtisadi islahatları həyata keçirilməsinə ehtiyac var”.

Previous Post

“Daha ciddi iqtisadi islahatları həyata keçirilməsinə ehtiyac var”

Next Post

Mehriban Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım edib

Bənzər yazılar

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmətvə etimada, bərabər hüquqa, yaxın tərəfdaşlığa,...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

13 Noyabr 2026 - 17:49

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Konqresə aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirak etməkdən imtina etməyi ciddi...

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı...

Next Post
Birinci vitse-prezidentin uğur marafonu

Mehriban Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım edib

Birinci vitse-prezidentin uğur marafonu

Mehriban Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım edib

Son xəbərlər

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.