"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Dağlıq Qarabağın Azərbaycanlı İcması bəyanat yayıb

02 Oktyabr 2019 - 10:57
in SİYASƏT
FacebookVatsap

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bunu da oxuyun

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

İcmadan daxil olan bəyanatda deyilir:

“Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

İyirmi yeddi il əvvəl – 1992-ci il oktyabr ayının 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin 1458 km² sahəsi, 10 min nəfərdən çox azərbaycanlı əhalisi, 1 şəhər, 2 qəsəbə və 81 kənddən ibarət olan qədim Xocavənd rayonunu işğal etdilər. Hazırda Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun yalnız Nərgiztəpə adlanan hissəsi (114 min m²) Azərbaycanın nəzarətindədir və rayonunun 13 minə yaxın əhalisi Azərbaycanın əsasən Beyləqan rayonu, eləcə də müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. 1988-ci ilin fevralından başlayan Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. 43 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmuş, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

İşğaldan əvvəl Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, eləcə də rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilibvə yararsız hala salınıb.

Xocavənd ərazisində 72 sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin nümunəsi olan abidələrdir. Bunların sırasında Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid “Ritiş” qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən “Ərgünəş” qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid “Rzaqulu Bəy” türbəsi, Xocavənd kəndi yaxınlığında “Aşıqlı Qoşa” günbəzi, Böyük Tağlar kəndində “Alban” məbədi (1241-ci il), Tuğ kəndindəki “Qırmızı” məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələrini göstərmək olar.

Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələri, o cümlədən Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi əra-zisindəki Yel piri və s. qiymətli tarixi abidələr də hazırda işğal altındadır.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilarların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Xocavənd rayonunun 13 minə qədər azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.

Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Eyni zamanda, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan, Azərbaycan Ordusunun 3 il əvvəl – 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız, bu halda iki dövlət arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”

Previous Post

Dağlıq Qarabağın Azərbaycanlı İcması bəyanat yayıb

Next Post

Ordumuzun mövqeləri snayper tüfənglərindən atəşə tutuldu

Bənzər yazılar

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak...

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: “Bakı...

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək...

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

30 Sentyabr 2026 - 17:25

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelyaviçyus ilə...

Next Post
Ordumuzun mövqeləri snayper tüfənglərindən atəşə tutuldu

Ordumuzun mövqeləri snayper tüfənglərindən atəşə tutuldu

Ordumuzun mövqeləri snayper tüfənglərindən atəşə tutuldu

Ordumuzun mövqeləri snayper tüfənglərindən atəşə tutuldu

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.