"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dənizkənarı hasarlar, villalar söküləcək – siyahı hazırdır

28 İyul 2016 - 08:50
in XƏBƏR LENTİ
FacebookVatsap
Dənizkənarı hasarlar, villalar söküləcək - siyahı hazırdır

Ekspertlər məsələyə fərqli istiqamətlərdən yanaşır; hökumətin hansı addımı atacağı maraqlıdır…

Bunu da oxuyun

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Dənizi hasarlayanları, xüsusilə qanunsuz olaraq dəniz kənarındakı villa sahiblərini yaxın zamanlarda böyük “sürpriz” gözləyir. Bu istirahət mövsümündə gündəmə gələn məsələ artıq hökumət tərəfindən müzakirə olunur. Yerli sakinlərin istirahətinə tam şəkildə mane olan bu məqam həm də Azərbaycana gələn xarici turistlərin də zövqünü korlayır. Bir növ dənizin hasarlanması əcnəbi turistləri geri itələyir. Bütün bunlar hökumət tərəfindən təftiş olunur.
Modern.az-ın xəbərinə görə, Xəzərin imkanlı məmurların girovluğundan geri alınması üçün ciddi işlər aparılır. Demək olar ki, söküləcək hasarlar, villaların tam siyahısı hazırdır. Bununla da imkanlı şəxslər, oliqarxlar, yüksək çinli məmurlar zəbt etdikləri ərazilərdən çıxmağa vadar olacaqlar. Bu isə əbəs yerə deyil. Belə ki, ilin əvvəlindən Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib.
Dövlət başçısı İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxsləri 4 min manat, vəzifəli şəxsləri 8 min manat, hüquqi şəxsləri 40 min manat miqdarında cərimə gözləyir.
Bildirilir ki, bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə ediləcək. Yaxın vaxtlarda layihənin təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib.
Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib.
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu istiqamətdə dəfələrlə qərarlar olsa da, nəticəsi olmayıb: “Dəfələrlə bu məsələ ilə əlaqədar qərarlar olub. Bu məsələ müzakirəyə çıxarılıb. Amma yenə də problem həll olunmamış qalıb. İndiki halda inanmıram ki, xüsusilə də kifayət qədər bahalı böyük villalar olan ərazilərdə belə söküntü işləri aparılsın. Çünki hasarların sahibləri də, dənizə yaxın torpaqları zəbt edənlər də müəyyən təsir imkanlarına malik olan şəxslərdir. Yəni bunlar kasıb camaata məxsus deyil. Amma məsələnin qoyuluşu normaldır. Çünki dünyanın bütün dövlətlərində xalqın dənizə, okeana çıxış imkanlarını təmin etmək hakimiyyətin borcudur, edirlər də. Ən bahalı villaların qarşısında dənizlə malik olduğu mülkün arasında heç bir hasar yoxdur. Hətta hər hansı vətəndaş onun evinin qarşısında da dənizdən istifadə edə bilər, bu hüquqa malikdir. İnanmıram ki, indiki halda verilən qərar reallaşacaq. Çünki dəfələrlə bu istiqamətdə müəyyən qərarlar olsa da, yenə də problem yerində qalıb. Ola bilər ki, bəzi hallarda cərimələr nəzərdə tutulub. Bundan sonra da məsələ yenə də gündəmdən çıxacaq, adamların yadına düşməyəcək. Artıq yay mövsümündən sonra məsələ aktuallığını itirəcək”.
 
Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, bəzi qərarlarla iş görmək istənildiyi görünür: “Amma orada da bir sual meydana çıxır. Belə bir vəziyyətin yaranmasının məsuliyyəti kimin üzərindədir? İllərdir ictimai rəydə, ictimaiyyət arasında, qəzetlərdə, mətbuatda dəfələrlə bu məsələ qaldırılıb. Niyə onda fikir verilməyib və vəziyyətin bu həddə gəlib çatmasına səbəb olublar? Bu vəziyyətə görə kim məsuliyyət daşıyacaq? Bundan başqa, qanunvericilik var idi ki, tikintilərin aparılması dəniz sahilindən 150 metrə qədər yaxında ola bilməz, uzaqda olmalıdır. Sonra bu, 20 metrə qədər dəyişdirildi. Gələn göstəriş əsasında bu rəqəm dəyişdirildi. Bunun məsuliyyəti kimin üzərindədir? Bu məsələlər mütləq cavabını tapmalıdır. Hər halda, görünən odur ki, müəyyən qərarlar var, qərarlılıq var. Çünki ictimai rəydə bu hasarların olması çox ciddi neqativ reaksiya doğurur. Ola bilər ki, ictimai rəyi nəzərə alaraq, xalqın düşündüyünü də edirik mesajını vermək xatirinə bəzi işlər görülsün, hasarların və tikililərin sökülməsi prosesi baş versin. Sadəcə, burada mülkiyyət məsələsi də çox önəmlidir. Yəni mülkiyyət toxunulmazlığının təmin olunması da çox önəmlidir. Qərarların hansı şəraitdə, mülkiyyət hüququnun qorunması məsələsi də önəmlidir ki, mülkiyyət hüququ varmı, onu kim verib, hansı əsasla verilib? Yəni bunlar, bu suallar çox geniş şəkildə cavabını tapmalıdır ki, yenidən belə bir problemlərlə biz üzləşməyək. Qanun hamı üçün bərabər, eyni olsun. Amma düşünürəm ki, müəyyən addımlar atılacaq, müəyyən yerlərdə bəlkə də insanlara bir mesaj vermək üçün hətta televiziyaların iştirakı ilə belə söküntü işləri həyata keçirilsin. Yaxın gələcəkdə ola bilər ki, biz bunların şahidi olduq”.
Previous Post

Dənizkənarı hasarlar, villalar söküləcək – siyahı hazırdır

Next Post

İran: Azərbaycan qardaş dövlətdir

Bənzər yazılar

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00

ABŞ Prezidenti Donald Tramp İranın neft-qazını ələ keçirmək istədiyini deyir və Tehranı buna imkan verməməkdə günahlandırır. Elchi.az IRIB-yə istinadən xəbər...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib.  “İki sahil” xəbər verir ki, pop...

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30

Avropa İttifaqı (Aİ) Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) birbaşa sərnişin dəmir yolu xəttinin çəkilməsini təklif edir. Məqsəd işçilərin və investorların...

Next Post

İran: Azərbaycan qardaş dövlətdir

İran: Azərbaycan qardaş dövlətdir

Son xəbərlər

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

21 Oktyabr 2026 - 17:59
“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

21 Oktyabr 2026 - 17:45
İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

21 Oktyabr 2026 - 17:37
Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.