Dənizdə boğulmaların qarşısını necə alaq?

🗓 22.08.2023 16:50 ✍️ "Elçi" qəzeti
Dənizdə boğulmaların qarşısını necə alaq?
"Boğulmaların baş verdiyi yerlər xidmətin nəzarət etdiyi çimərliklərdən kənarda, nəzarətsiz ərazilərdə, su kanalları, süni göllərdə digər su hövzələrində baş verir. Qeyd etmək istəyirəm ki, həmin su hövzələrində sürətli axın, mürəkkəb reylef, qeyri müəyyən dərinlik və digər səbəblərə görə hər zaman təhlükə vardır". Bu fikirləri Elchi.az-a açıqlamasında FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.

Onun sözlərinə görə  çimərliklərdə istirahət zamanı hava şəraiti də olduqca önəmlidir:  "Qanunvericilin tələbinə görə küləyin sürəti  saniyədə 10 metrdən artıq olduqda çimərlikdən istifadə etmək təhlükəli və qadağandır. Eyni zamanda çimərliklərdə  istirahət saat 9-dan  sən axşam 8-ə kimidir. Hava qaraldıqdan sonra suya girmək olduqca təhlükəlidir".

O həmçinin açıqlamasında  vətəndaşlara gedəcəkləri çimərliklər haqqında öncədən məlumatlı olmağı tövsiyyə edib: "Əgər ərazidə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin  görülmədiyini və belə ərazilərdə çimməyin təhlükəli olduğunu bildirir. Bizi dənizdə boğulma riskindən xilasedicilər qoruyur. FHN-in xilasediciləri nəzarət olunan çimərliklərdə və İDEA İctimai Birliyi tərəfindən yaradılmış Bakı şəhərinin Qaradağ, Səbayel, Xəzər, Sabunçu və Binəqədi ictimai çimərliklərində xidmət edirlər. Buna baxmayaraq, ərazidən asılı olmayaraq suda boğulma təhlükəsi ilə üzləşən şəxs barədə məlumat daxil olduqda dərhal yardım edilir. İnsanların xilası üçün hər saniyə önəmlidir".

Havar Şəfiyeva

Bənzər yazılar