Cüneyt Çakıra mühüm təyinat

🗓 07.09.2014 02:00 ✍️ "Elçi" qəzeti
Türkiyəli hakim Cüneyt Çakıra "Avro-2016"nın seçmə mərhələsinin oyunlarına təyinat alıb.img1630583
Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, E qrupunun İsveçrə - İngiltərə matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
Qeyd edək ki, İsveçrə - İngiltərə matçı sentyabrın 8-i, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xatırladaq ki, C.Çakır DÇ-2014-ün oyunlarında da hakimlik edib.

Bənzər yazılar