Çörçilin çəkdiyi rəsm əsəri auksionda rekord qiymətə satılıb.
Axar.az xəbər verir ki, məşhur britaniyalı siyasətçi Uinston Çörçilin çəkdiyi əsər London auksionunda 2,8 milyon dollara alınıb.
Şəkil siyasətçinin 2014-cü ildə vəfat etmiş qızı Meri Soamsın ölümündən sonra satılmış əşyalar sırasına aiddir.
Qeyd edək ki, hərracda Çörçilə məxsus olan sənədlərin saxlanılması üçün qutu isə 249 min dollara satılıb.