Mövsümün son böyük dəbilqə tennis turnirində kişilər arasında təklikdə dünya 2-si Novak Cokoviç, qadınlarda isə 6-cı Koko Qauff yarımfinala yüksəlib.
Elchi.az xəbər verir ki, Nyu-Yorkda keçirilən “US Open” tennis turnirinin 9-cu günündə kişilər və qadınlar arasında 1/4 final görüşləri keçirilib. Kişilərin tək yarışında dünya 2-si Novak Cokoviç , qadınlarda isə 6-cısı Koko Qauff yarımfinala yüksəlib.
Kişilər arasında karyerasının 24-cü böyük dəbilqə titulunu qazanmağı hədəfləyən serbiyalı atlet Cokoviç tennisçi arasında 2 saat 35 dəqiqə sonra 9 nömrəli amerikalı Taylor Fritsi 6-1, 6-4 və 6-4 hesabı ilə 3-0 məğlub etdi.
Qadınların təkbətək yarışında 6-cı yeri tutan amerikalı Koko Qauff 20-ci latviyalı Jelena Ostapenkonu 6-0, 6-2 setləri 2-0 hesabı ilə məğlub edərək ölkəsində yarımfinala yüksəlib.
Nuranə Məmmədova