Elchi.az NBC News-a istinadən bildiri ki, ABŞ prezidenti Co Bayden Covid-19-a qarşı daha bir gücləndirici doza alacaq.
Baydenin koronavirusa tutulmasından üç aydan çox vaxt keçib. Bu da həkimlərin başqa bir doza vurulmadan əvvəl gözləməyi tövsiyə etdiyi müddətdir.
Bayden vurğulayıb ki, insanların peyvəndlə bağlı maarifləndirilməsində irəliləyiş əldə olunsa da, daha çox iş görülməlidir.
Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri qışda koronavirusun mümkün artımı barədə xəbərdarlıq ediblər.