2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir.
Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır.
Neft yenidən 90 dollara yaxınlaşır
Dünya birjalarında neft cüzi bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 89,50 dollara, yüngül neftin bir...