Si Szinpin Çin və Şimali Koreyanı “yaxşı qonşular” adlandırıb.
Elchi.az xəbər verir ki, Çin prezidenti Si Szinpin Şimali Koreya lideri Kim Çen Ina teleqram göndərərək, Çin və Şimali Koreya arasında ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Teleqramda Si Szinpin Çin və Şimali Koreyanı “yaxşı qonşular” adlandıraraq, dostluq münasibətlərinin inkişafına və onların daim yeni səviyyəyə yüksəlməsinə kömək etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Çin Prezidenti bəyanatında Pekin və Pxenyan arasında münasibətlərin inkişafına birgə rəhbərlik edərək, regionda və bütün planetdə sülhün, eləcə də sabitliyin və firavanlığın möhkəmləndirilməsinə, “strateji əlaqənin möhkəmləndirilməsinə” töhfəsini ifadə edib.
Şayəstə