"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Çingiz Əsədullayev ölkən getmək istəyir – “qaçış?”

27 Noyabr 2015 - 14:20
in GÜNDƏM, HADİSƏ
FacebookVatsap

Çingiz Əsədullayev ölkən getmək istəyir - “qaçış?”

Bunu da oxuyun

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

“Azəriqazbank”ın rəhbəri çıxılmaz durumda; Hakimiyyət daxilindəki bir qrup bankirə namizəd olduğu 90 saylı dairədən “qələbə qazanmasına” kömək edib, iqtidarın ən yüksək düzeyində ciddi etirazları gördükdə isə dərhal verdikləri qərarın arxasından çəkiliblər; Eldar Mahmudovun işdən çıxarılmasından sonra Əsədullayevin hakimiyyət daxilindəki əleyhdarları da haqq-hesab üçün hərəkətə keçiblər…

 
Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra  mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir. “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunur. 
Əslində deputat mandatına güvənən Ş.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. Deputat-bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi  ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Fevralda başlayan “kredit oliqarxları” həbsləri Ç.Əsdullayevdən “yan keçdi”. Çünki o zaman onun deputat toxunulmazlığı və arxasında MTN şefi kimi məmur dayanırdı.
Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar hələ arxası “MTN dağına” söykənəndə də vardı. Ötən ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarında bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb.
Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt  nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırmadı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. 
E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib.
Sitat: “Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb – bu işdə ona başqa bir qohumu – ”Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib”.
 
E.Mahmudov işdən çıxarılan zaman Ç.Əsədullayevin başı parlament seçkilərinə qarışmışdı və o, mandat almaq üçün bu dəfə daha ciddi səy göstərirdi. Məlumata görə, Ç.Əsədullayevə hələ ki adı açıqlanmayan hakimiyyət daxilindəki bir qrup namizəd olduğu 90 saylı dairədən “qələbə qazanmasına” kömək edib. Çünki 10 ildir deputat olan Əsədullayevə toxunulmazlıq mandatı indikindən daha çox lazım idi. Ç.Əsədullayevin  adının yekun siyahıya  düşməsi iqtidarın ən yüksək düzeyində ciddi etiraz doğurub. Onu dəstəkləyən qrup  dərhal verdikləri qərarın arxasından çəkilib. “Əsədullayevin guya təmiz qələbə qazanmasını” iddia etmələri isə daha sərt reaksiya doğurub. MSK Ç.Əsədullayevin nəticələrini ləğv etmək üçün dərhal hərəkətə keçib. Ç.Əsədullayev “əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirsə, deməli, belə olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram” desə də, bu qərardan bərk təlaşlıdır. Redaksiyamıza daxil olan məlumata görə, Ç.Əsədullayev  ölkəni tərk etmək istəyir. Ç.Əsədullayevin  ölkədən çıxmaq üçün bir neçə “arqumenti” də var. Yorulub, müalicə olunmaq istəyir və sair… Amma onun ölkədən çıxmasına hansısa qadağa qoyulub-qoyulmaması bəlli deyil.
Xəbərdə deyilir ki, yaxın dostu və himayəçisi E.Mahmudovdan sonra onun hakimiyyət daxilindəki əleyhdarları da hərəkətə keçiblər. Məlumdur ki,  “Azəriqazbank” əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Bu məqsədlə o, əsasən özünə, E.Mahmudova və C.Hacıyevə yaxın tikinti şirkətlərinə  pul ayırıb.
 
Ç.Əsədullayev  himayə etdiyi tikinti şirkətləri ilə əlaqəyə girərək bəzi əməliyyatlar həyata keçirib ki, bundan da bir çox məmurlar ziyan çəkib. Tikinti sektorunda ciddi paya sahib olan digər oliqarx-məmurlar bir neçə dəfə Ç.Əsədullayevdən tələb edib ki, rəhbəri olduğu bank “özünü yığışdırsın”, yalnız öz çevrəsinə deyil, digər  məmurlara da məxsus tikinti məxsus şirkətləri ilə işləsin. 
İddialara görə, Ç.Əsədullayev  E.Mahmudovun göstərişi  və məsləhəti ilə hakimiyyətdəki iri məmurların tikinti biznesinə kredit ayırmayıb, MTN şefinin və C.Hacıyevin  bu sahədə monopolistə çevrilməsinə şərait yaradıb. İndi isə himayəçilərini və mandatını itirən Ç.Əsədullayev  həmin adamların təzyiqi ilə üzləşib. Bankir “mənə deyirdilər vermə, mən nə edəydim?” kimi sözlərlə özünə haqq qazandırmaq istəsə də, vəziyyəti düzəldə bilməyib. Məlumata görə, MTN generalitetinin sahibkarlardan reket yolu ilə alınmış pulların “yuyulmasında” “Azəriqazbank”ın rolu olduğu barədə ciddi şübhələr var. İstintaq bu istiqamətdə işləyir və hələ bir neçə sahibkar  zərərçəkmiş kimi tanınıb. Qeyd edək ki, bank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
Mənbə onu da bildirib ki, Ç.Əsədullayevin  mandatını itirdikdən sonra bankda  səhmlərinin sayını artırmasını bəzi dairələr “blef” hesab edir. “Çünki bankın pay bölgüsündə ciddi dəyişiklik kimi təqdim edilən xəbərdə Çingiz Əsədullayevin payını 23,096%-dən 23,270%-dək artırdığı bildirilir. Yəni bu da ciddi bank sahibi üçün çox cüzi rəqəmdir” deyə, mənbə bildirib. 
 
Maraqlıdır ki, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb. Amma kimlərdən söhbət getdiyi bilinmir. Bildirilib ki, minoritar səhmdarların da paylarını C. Əsədullayev alıb. Digər səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər. 
Ehtimal etmək olar ki, satılan bank səhmləri MTN generalitetinə və ya onlara yaxın şəxslərə aid olub. Hər halda, indi “Azəriqazbank”da səhmdarların öz paylarını satması Ç.Əsədullayevə yaxşı perspektiv vəd etmir. Mandatını itirən Əsədullayev bankını və ya azadlığını necə, itirməyəcək ki?
Previous Post

Çingiz Əsədullayev ölkən getmək istəyir – “qaçış?”

Next Post

Dünya yeni savaşa başlayacaq.

Bənzər yazılar

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 399 nəfərə çatıb. Elchi.az  yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nepal hakimiyyəti...

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd...

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36

ABŞ hərbçiləri ölkənin Hərbi Dəniz Qüvvələrinin pilotsuz suüstü aparatını ələ keçirməyə cəhd edən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki...

Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

15 Sentyabr 2026 - 17:20

19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Elchi.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat...

Next Post

Dünya yeni savaşa başlayacaq.

DANX rəsmisi aclıq edən sahibkarın ittihamlarından danışdı

Son xəbərlər

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.