Rəsmi Pekin Ukrayna taxılının beynəlxalq bazarlara çıxarılmasına dair imzalanan sazişi alqışlayır.
Elchi.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Can Cün bildirib.
O, tviter hesabında “Sazişin imalanmasına alqış! Çox mənalı addım!” sözləri ilə reaksiya verib.
Diplomat maraqlı tərəflərin dialoqun dinamikasını saxlayacağına və sülhün tezliklə bərpa olunmasına şərait yaradacaqlarına ümidvar olduğunu bildirib.