ABŞ Müdafiə Nazirliyi Çinin yüksək hündürlükdə kəşfiyyat balonunun ABŞ üzərində uçduğunu açıqlayıb. “Mövzu ilə bağlı xəbərləri izləyirik. Bütün məlumatları toplamağa və insidenti yoxlamağa çalışırıq”, – Çin Xarici İşlər Nazirliyi bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinə məxsus yüksək hündürlükdə kəşfiyyat balonunun ABŞ üzərində uçduğunu və Amerika ordusunun balonu təqib etdiyini açıqlayıb.
Çinin Vaşinqtondakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığı öyrənilib.
Mövzu ilə bağlı ilk açıqlama Çin Xarici İşlər Nazirliyindən gəlib.
Nazirlikdən verilən açıqlamada, “Mövzu ilə bağlı xəbərləri izləyirik. Bütün məlumatları toplamağa və hadisəni təsdiq etməyə çalışırıq. Hələlik deyə biləcəyim bu qədərdir”.
Beynəlxalq hüquqa uyğun olduqlarını bildirən Çin Xarici İşlər Nazirliyi, “Biz başqa ölkələrin hava məkanını və suverenliyini pozmuruq” deyib.
Şayəstə