Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Ukraynadakı böhranın əsas səbəblərini açıqlayıb. Elchi.az TASS- a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Vanq Yi Ukraynadakı münaqişənin həllinə yanaşmalar da təklif edib. Rusiyalı diplomatın sözlərinə görə, Lavrov Pekinin “konstruktiv xəttini” bəyənib. Bundan əlavə, Rusiyanın xarici işlər naziri iki ölkə arasında qarşılıqlı fəaliyyətin vacibliyini bir daha təsdiqləyib və bu məsələlər kompleksində yaxınlıq dərəcəsini yüksək qiymətləndirib.
Zaxarova həmçinin Rusiya və Çin arasında münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sergey Lavrov və Vanq Yi arasında danışıqların yekunlarına yekun vurub.Mariya Zaxarovanın sözlərinə görə, Moskva Ukrayna mövzusuna balanslaşdırılmış yanaşmaya görə Çinə minnətdardır və əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.
Havar Şəfiyeva