Çin Şarl Mişelin çıxışına icazə vermədi

63

Çin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin müraciətini televiziyada yayımlanmasına icazə verməyib.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mişelin müraciəti Çində keçirilən sərginin açılış hissəsində yayılmalı idi. O, çıxışında Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edib.

Mişel Çini müharibənin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.