ABŞ əmindir ki, Çin Rusiyaya silah göndərməyi düşünür, lakin kəşfiyyat məlumatları Pekinin hələ yekun qərar vermədiyini göstərir.
Elchi.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns “CBS News”a bildirib.
“Biz öldürücü silahların faktiki çatdırılmasına dair sübut görmürük”, – deyə Börns qeyd edib.
Xatırladaq ki, bundan əvvəl CNN Çin hökumətinin Rusiyaya silah göndərmək istəməsi barədə məlumat yayıb.