Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla söhbətində deyib.
O, ölkələrimizin münasibətlərini yüksək səviyyəli strateji əməkdaşlıq kimi qiymətləndirib. “Çin qəti şəkildə inanır ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirə və milli sabitliyi və inkişafı qoruyub saxlayacaq”, -deyə nazir vurğulayıb.
Diplomat əlavə edib ki, hər iki dövlət beynəlxalq aləmdə aparıcı rol oynayır.
Havar Şəfiyeva