Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Pekin və Moskva böyük ölkələr arasında soyuq müharibədən tamamilə fərqli yeni münasibətlər modeli yaradıblar. Elchi.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 2-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Çinin Rusiya ilə münasibətləri bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə əsaslanır.
Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin direktor müavini Mao Ninq Rusiya-Ukrayna böhranının bütün tərəflərini konsensusa gəlməyə və gərginliyin azaldılması, atəşkəs və hərbi əməliyyatların təşviqi üçün şərait yaratmağa çağırıb.
Havar Şəfiyeva