Çin iqtisadiyyatı 2022-ci ildə 3 faiz artıb.
Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatına görə, Çində Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin yanvar-dekabr dövründə əvvəlki illə müqayisədə 3 faiz artaraq 121 trilyon yuana (təxminən 18 trilyon dollara) çatıb.
Bu, COVİD-19 epidemiyasının ilk təsirlərinin hiss olunduğu 2020-ci ildə 2,2 faizlik artımdan sonra 1976-cı ildən bəri Çində qeydə alınan ən aşağı illik gəlir artımı idi.
Artım sürəti Çin hökumətinin 2022-ci il üçün nəzərdə tutduğu 5,5 faizlik hədəfə çatmadı.
1976-cı ildəki son daralmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlayıb.
UİB, ilin son üç ayında artımın yüzdə 2,9 olduğunu bildirdi. Çin iqtisadiyyatı 2022-ci ilin birinci rübündə 4,8 faiz, ikinci rübdə 0,4 faiz, üçüncü rübdə isə 3,9 faiz artıb.
Çində Covid-19 epidemiyası səbəbindən tətbiq edilən bağlanma tədbirləri və karantin məhdudiyyətləri artım sürətindəki dalğalanmada təsirli olub.
Bu dövrdə Çin tərəfindən həyata keçirilən “sıfır hadisə” adlandırılan epidemiyadan qorunma siyasəti səbəbiylə, çox sayda əhalisi olan və əsas sənaye və biznes xətlərinə ev sahibliyi edən bir çox şəhər tam və ya qismən bağlandı, karantin, səyahət məhdudiyyətləri, istehsal müəssisələri, ticarət və xidmət sektorları Fəaliyyətinin dayandırılmasını tələb edən sərt və genişmiqyaslı tədbirlər irimiqyaslı iqtisadi itkilərlə nəticələndi.
İlin son ayında Pekin administrasiyası Covid-19 siyasətində qəfil istiqamət dəyişikliyi etdi, nəzarət tədbirlərini dayandırdı və sərhədlərini dünyaya yenidən açdı.
Yeganə