Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmağa və davamlı sülhün əldə edilməsi naminə dialoqa başlamaq üçün səy göstərməyə çağırıb. Sanksiyalar və vəziyyətin gərginləşməsi yolu ilə əldə edilə bilməz. Elchi.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
“Qərb ölkələri atəşə yanacaq tökməyi dərhal dayandırmalı və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyi dayandırmalıdır. Bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək mümkün deyil, regional təhlükəsizlik isə hərbi qrupları gücləndirməklə, hətta genişləndirməklə təmin edilə bilməz. Bütün ölkələrin maraqları bir-birinə bərabərdir”, – deyə daimi nümayəndə bildirib.
Zhang Jun həmçinin bəyan edib ki, Moskva və Kiyev arasında münaqişənin siyasi həlli imkanlarını qorumaq üçün Rusiyaya qarşı təzyiq, böhtan və birtərəfli sanksiyalar əvəzinə NATO dialoqa davam etməlidir.
Havar Şəfiyeva