ABŞ Avropada sabitliyi pozmaq üçün Balkan yarımadasında müharibəyə başlaya bilər.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu fikirləri çinli hərbi ekspert və televiziya şərhçisi Sonq Zhonqpinq “Global Times” nəşri üçün məqaləsində qeyd edib.
“Rusiya-Ukrayna münaqişəsi ABŞ-a istənilən effekti vermədiyi üçün Vaşinqtona Avropa qitəsində yeni müharibə yaratmağa ehtiyac var”, – deyə müəllif məqaləsində yazır.
Zhonqpinq hesab edir ki, Vaşinqton öz hərəkətləri ilə birliyin ABŞ-dan asılılığını artırmaq üçün Avropa İttifaqında (Aİ) vəziyyəti sabitsizləşdirmək istəyir. Bundan əlavə, ekspert əlavə edib ki, Serbiyanın suverenliyi və milli təhlükəsizliyi Şimali Atlantika Alyansı üçün prioritet deyil.
Müəllif həmçinin əmindir ki, Ukrayna ərazisindəki münaqişə ABŞ-dan çox güc alıb, ona görə də onlar Serbiya və Kosovo arasında parçalanmanı kəskinləşdirməyə başlayacaqlar.
Yeganə