Yeni sorğuya görə, avstraliyalıların 75 faizi Çinin yaxın 20 ildə Avstraliya üçün hərbi təhlükə olacağını düşünür.
Elchi.az xəbər verir ki, Avstraliyadakı Lowy İnstitutu martda 2077, apreldə isə 4469 avstraliyalı ilə beynəlxalq əlaqələrə dair geniş sorğu keçirib.
Sorğunun nəticələri göstərdi ki, avstraliyalıların 44 faizi Çini iqtisadi tərəfdaş, 52 faizi isə Pekini təhlükəsizliyə təhdid kimi görür.
Hər 10 avstraliyalıdan 6-sı ABŞ və Çin arasında Tayvan üzərində hərbi qarşıdurma ehtimalını görür ki, bu da 2020-ci illə müqayisədə sorğuda iki dəfə çoxdur.
Şayəstə Hüseynova