Çili parlamenti həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, Çili prezidenti Qabriel Boriç hökumətinin parlamentə təqdim etdiyi və 127 səs əleyhinə 14 əleyhinə səslə qəbul edilən qanun layihəsi 5 il ərzində ölkədə həftəlik iş vaxtının mərhələli şəkildə 45 saatdan 40 saata endirilməsini nəzərdə tutur.
Səsvermə ilə bağlı açıqlama verən Çilinin əmək naziri Jeannette Jara, “Bu gün bəzilərinə qeyri-mümkün görünsə də, işçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atmağın mümkün olduğunu göstərdi.”
Səsvermədən əvvəl sosial media hesabından verdiyi açıqlamada prezident Boric qanun layihəsinin ölkədə ədalətin daha geniş şəkildə anlaşılması üçün əhəmiyyətli bir addım olduğunu ifadə edərək, “(həftəlik iş saatlarının) 40-a endirilməsi kimi təkmilləşdirmələr kömək edəcək.
Yeni qanuna əsasən, həftəlik iş vaxtı birinci ildə 44 saata, üçüncü ildə 42 saata, beşinci ildə isə 40 saata endiriləcək.
Çilidə həftəlik iş vaxtı 2005-ci ildə 48 saatdan 45 saata endirilib.
Şayəstə