Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında qeyd edilib.
Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini müzakirə edib, regional sülh səylərə toxunublar.