Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed ən-Nəhyan arasında telefon danışığı baş tutub.
Bu barədə Elchi.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər. Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
C.Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb.
Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.
BMT-də Azərbaycanın məruzəsinin təqdimatı keçirilib
23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və...