İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedru Netu tezliklə “Əl-Hilal”a keçə bilər.
Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı cinah oyunçusunu transfer etmək üçün fəal çalışır.
Ər-Riyad komandasl 26 yaşlı portuqaliyalı vingerə yüksək maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırdır.
Xatırladaq ki, Pedru Netunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.



















