"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Çeçenistandan Dumaya maraqlı təklif

13 Yanvar 2015 - 12:02
in MARAQLI
FacebookVatsap

Qanun layihəsi ilə birlikdə təqdim olunmuş izahat məktubunda deyilir ki, hazırda terror aktları törədənlərin ailə üzvləri və yaxınları heçimg1721690 bir məsuliyyət hiss etmirlər, əksinə intihar bomba partlayışları üçün ödənilən böyük pullar onların ailələrinə çatır.

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Qanun layihəsi müəlliflərinin fikrincə, ailə üzvləri və yaxın qohumların məsuliyyət dərəcəsi onların ictimaiyyətə qarşı ağır cinayət törədən qohumlarının fəaliyyətindən nə dərəcədə xəbərdar olduqlarından asılı olmalıdır.

Çeçenistan Respublikasının millət vəkilləri Rusiya Dumasına terrorçuluqda ittiham olunanların ailə üzvlərinin cəzalandırılmasına dair qanun layihəsi təqdim edib.

Çeçenistasn parlamentinin spikeri Dukuvaxa Abduraxmanov deyib ki, terrorçunun valideynləri və həddi-büluğa çatmış yaxın qohumları terror aktının hazırlanmasında köməklik göstərdikləri halda məsuliyyətə cəlb olunmalıdırlar. Spiker bu köməyin nədən ibarət ola biləcəyini izah etməyib.

Rusiya mətbuatı yazır ki, ölkənin Cinayət Məcəlləsində artıq “terror fəaliyyətinə kömək” maddəsi mövcuddur. Lakin çeçen qanunvericilərə belə gəlir ki, bu maddə kifayət deyil.

Kollektiv cəzalandırma

Əslində onun hakimiyyətinə qarşı döyüşən yaraqlıların ailə üzvlərinin cəzalandırılması ideyası Çeçenistanın başçısı Ramzan Kadırovdan qaynaqlanırr.

Bir çox müşahidəçilərin firkincə, daha doğrusu, bu artıq ideya da deyil, tam miqyasında həyata keçirilən prosedurdur.

Ötən ay yaraqlıların Qroznıya hücumundan dərhal sonra onların yaxın qohumlarının evləri Kadırovun göstərişi ilə yandırılmışdı.

Media xəbərlərinə görə, Dövlət Dumasında əksər millət vəkilləri “kollektiv məsuliyyətin” Cinayət Məcəlləsinə daxil edilməsi təklifini başa düşmədiklərini bildirirlər.

Rusiyanın insan haqları qrupları isə qanunvericilik təşəbbüsünü “orta əsrlərə qayıdış” cəhdi kimi qiymətləndirir.

Divantutma əməliyyatlarının qanuniləşdirilməsi

“Kavkazski uzel” internet saytının baş redaktoru Qriqori Şvedov deyib ki, Ramzan Kadırov Rusiya Dumasına belə bir qanun layihəsini təklif etməklə, respublikada qiayamçıların ailə üzvlərinə qarşı artıq həyata keçirilən divantutma əməliyyatlarını legitimləşdirmək istəyir.

“Düşünürəm ki, bu, məhkəməsiz divan tutulmalarına haqq qazandırmaq üçün edilir” – deyib baş redaktor.

Şvedov BBC Rus xidmətinə müsahibəsində deyib ki, “qanun layihəsinə cəza olaraq yaraqlıların ailə və qohumlarının evlərinin sökülməsi və ya yandırılması daxil edilməyib, qalan müddəlar isə Rusiya qanunlarında artıq çoxdan mövcuddur”.

Qriqori Şvedovun fikrincə, bu qanun layihəsində çox sayda anlaşılmazlıqlar var. Məsələn, hər hansı cinayət haqqında məlumatlı olmaqla mülkiyyət müsadirəsinin necə uzlaşdırılacağı bəlli olmur.

Layihədə terror aktının hazırlanmasından xəbərdar olmaq, ona kömək etməklə bir qiymətləndirlir.

Çeçenistan millət vəkilləri həmçinin ictimai təhlükəsizliyiə qarşı cinayətlər üçün həbsxana cəzasının artırılaraq 15 ildən 25 ilə çatdırılmasını istəyirlər.

Qroznıya hücum edən yaraqlıların qohumlarının evləri yandırılan zaman Ramzan Kadırov bəyan etmişdi ki, “valideynlərin övladların hərəkətləri üçün məsuliyyət daşımadığı dövrlər artıq keçib”.

Kadırovun zəhmi

İnsan haqları qrupları bu qənaətdədirlər ki, Çeçenistan liderinin zəhmindən çəkinən Duma üzvləri təklif olunan layihənin absurdluğunu birbaşa tənqid etməkdənsə, onun məqsədə uyğunluğuna şübhə ifadə edirlər.

Məsələn, “Vahid Rusiya” fraksiyasından Frants Klintseviç TASS agentliyinıə deyib ki, terrorizmə görə cəzaların gücləndirilməsinə ehtiyac olsa da, bunun üçün məsuliyyətin terrorçunun ailə üzvlərinin üzərinə qoyulmasının qanuniliyindən əmin deyil.

“Onsuz da Şimali Qafqazın heç bir yerində yaxınlardan və qohumlardan nəyisə gizlətmək mümkün deyil, – deyib Klintseviç, – amma valideynləri “övladlarını düzgün tərbiyələndirmədiklərinə görə” həbsxanaya necə salmaq olar? Burada yüz ölçüb-bir biçmək lazımdır. Hələ üstəlik qəbul olunarsa, bu qanun bütün Rusiya ərazisində qüvvəyə minməlidir”.

Stalindən də qəddar

Rusiya insan haqları müdafiəçiləri ümid edirlər ki, Duma bu layihəni dəstəkləməyəcək. Tanınmış fəal Svetlana Qannuşkina “kollektiv məsuliyyəti” “absurd” adlandırıb.

“Bizə hansısa orta əsrlərə qayıtmağı təklif edirlər. Hətta Stalin vaxtında da deyirdilər ki, oğul ataya cavabdeh deyil və əksinə…Bu isə kollektiv məsuliyyət, kollektiv təqsir, kollektiv cəzadır və yalnız absurd kimi qiymətləndirilə bilər” – deyib fəal.

Qriqori Şvedov isə bildirib ki, bu təşəbbüssüz də Çeçeçnistanda artıq qohumların cəzalandırılması sistemi qurulub və fəaliyyət göstərir.

“Çeçenistanda terrorçuları dəstəkləyənlər artıq de jure yox, de facto qanundan kənar sayılırlar, – deyir redaktor, – Həm də onlara qarşı bank hesablarının həbsi və mülkiyyətlərinin müsadirəsindən daha ağır cəzalar verilir. Mənə belə gəlir ki, bu qanunvericilik aktı yaxşı heç nə vəd etmir, çünki Çeçenistan artıq çoxdandır ki, qanunlarla yox, Kadırovun dərrakəsi ilə yaşayır”.

Şvedovun sözlərinə görə, Çeçenistan reallığında terrorçuya kömək etmək yox, elə onun qohumu olmaq kifayətdir ki, kimisə cəzalandırsınlar.

“Bu qanun layihəsi qanunsuzluğu qaniniləşdirmək məqsədi güdür” – deyib Şvedov.

Kadırovun özü “böyük” sözünə baxırmı?

Rusiyanın müxalifət mətbuatı yazır ki, bu qanunvericilik təşəbbüsünün arxasında şəxsən Kadırovun dayanması heç kim üçün sirr deyil.

Ötən il, dekabrın 4-də yaraqlıların Qroznıya hücumu olmuş, hücum nəticəsində azı 10 çeçen polis öldürülmüşdü.

Hadisənin elə ertəsi günü Ramzan Kadırov terrorçuların valideynləri üçün cəzaların tətbiq edilməsi barədə çıxış etdi.

Onun bu ilk bəyanatından dərhal sonra qiyamçıların qohumları olduqları güman edilən bir neçə ailənin evləri yandırıldı.

Rusiya prezidenti Vladimir Putin isə Çeçenistan başçısının bəyanatını şərh edərkən, qohumların məsuliyyəti prinsipi ilə razılaşmadığını bildirmişdi.

Lakin təhlilçilərin fikrincə, indi Dumaya belə bir qanun layihəsinin təqdim olunması onu göstərir ki, Ramzan Kadırov da öz böyüyünün sözünə heç də həmişə qulaq asmır.

“Azadlıq.org”

 

Previous Post

Çeçenistandan Dumaya maraqlı təklif

Next Post

Məktəbli qız hamilə qaldı, 14 yaşlı oğlan tutuldu

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Məktəbli qız hamilə qaldı, 14 yaşlı oğlan tutuldu

Məktəbli qız hamilə qaldı, 14 yaşlı oğlan tutuldu

Son xəbərlər

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17 Sentyabr 2026 - 17:59
Tailandda ölümcül gənə virusu həyəcanı

Tailandda ölümcül gənə virusu həyəcanı

17 Sentyabr 2026 - 17:47
Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

17 Sentyabr 2026 - 17:36
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 17:28
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22
Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

17 Sentyabr 2026 - 17:15
Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58
İsveçin baş naziri istefa verib

İsveçin baş naziri istefa verib

17 Sentyabr 2026 - 16:44
Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

17 Sentyabr 2026 - 16:37
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Sentyabr 2026 - 16:25
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

17 Sentyabr 2026 - 16:20
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

17 Sentyabr 2026 - 16:18
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

17 Sentyabr 2026 - 16:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.