Çavuşoğludan F-16 açıqlaması: Razılıq əldə olunub

34

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini, xarici işlər naziri Bisera Turkoviç ilə görüşüb. Çavuşoğlu və Turkoviç görüşdən sonra birgə mətbuat konfransı keçirib. Bosniya və Herseqovinanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləməyə davam etdiklərini ifadə edən Çavuşoğlu, “Bosniya və Herseqovinadakı seçkilərdən əvvəl fikirlərimizi çatdırdıq. Seçkilərin sakit bir mühitdə keçməsindən məmnun qaldıq və ümid edirik ki, hökumət ən qısa zamanda qurulacaq. Biz bu prosesə hər cür xarici müdaxilənin əleyhinəyik. Bosniya və Herseqovina Avropa İttifaqından namizədlik statusu alıb, təbrik edirəm. Ümid edirəm danışıqlar belə başlayacaq. Ən qısa zamanda Qərb və Balkan ölkələrinin bizim üçün etdikləri kimi diqqətlərini yayındırmayacaqlar. Biz də Bosniya və Herseqovinanın NATO üzvlüyünü dəstəkləyirik”,-deyə qeyd edib.

Elchi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Yunanıstana F-35 verilməsi məsələsinin mətbuatda yer aldığını qeyd edən Çavuşoğlu deyib:

“Biz ümumiyyətlə ABŞ-a deyirik ki, Türkiyə-Yunanıstan münasibətlərində balans pozulmağa başlayıb. Siyasi partiyalar arasında tarazlıq pozulmağa başlayıb. ABŞ kimi müttəfiqin bu balanslara diqqət yetirməsi lazımdır. Kimin kimə hansı silahı satması bizim üçün önəmli deyil, önəmli olan bizim gücümüzdür. Biz, maraqlarımız üçün hansı addımları atırıq, bu daha önəmlidir”.

Yeganə