"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Əri qorxub Əlincəyə sığındı, özü döyüşə girdi…

16 Yanvar 2023 - 15:35
in GÜNDƏM
FacebookVatsap

Qəhrəmanlıq salnaməsi uzaq yüzilliklərə söykənən Azərbaycan qadınının adını öz hünəri, cəsarəti, gördüyü böyük işlərlə tarixə həkk edən qadınlarımızdan biri də Mehrican Xatundur. Tarixin qızıl səhifələrində adı əbədiləşən, öz canını vətəni üçün fəda etməkdən çəkinməyən qadın qəhrəmanlar içində onun özünəxas yeri vardır. Mehrican Xatun İraq Səlcuq sultanı III Toğrulun (1177-1191) qızı, Eldənizlər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin (1210-1225) həyat yoldaşı idi. O, dövlətin idarə olunmasında və siyasətlə bağlı məsələlərdə fəal mövqeyə malik olmuş, vətənin çətin günlərində böyük qəhrəmanlıqlar göstərmişdir.
XIII yüzilin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycan ərazisinə hücumu zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına çəkilincə, onun Təbrizdə qalan həyat yoldaşı Mehrican Xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy və Naxçıvanın işğaldan azad olunması uğrunda fədakarlığı ilə fərqlənmişdir. Ağıl və bacarığıyla öz xalqını işğalçılara qarşı mübarizəyə qaldıran Mehrican Xatun düşmənə ciddi müqavimət göstərmiş və Azərbaycanın müstəqilliyini qorumağa nail olmuşdur.
O, idarəçilik bacarığına malik xatun kimi sarayda və xalq arasında böyük nüfuz qazanmışdı. Yaddaşlarda dərin iz qoyan Mehrican Xatun həyat yoldaşı Atabəy Özbəyin dövlət işlərində ən yaxın köməkçisi və məsləhətcisi olmuş, dərin bilikli şəxs kimi tanınmışdır. Onun qəhrəmanlığı sayəsində Xarəzmşah Cəlaləddin Təbriz, Xoy, Urmiya, Səlmas şəhərlərini işğal edə bilməmişdir. Bu hücum zamanı hökmdar ərinin Əlincə qalasına çəkilməsinə baxmayaraq, Mehrican Xatun doğma şəhəri tərk etməmiş, xalqı başsız qoymamışdır. Onun şəhəri tərk etməməsi xalqa güc vermiş, düşmənlə sona qədər mübarizə aparmağa ruhlandırmışdır.
Tarixin həmin dövrünə nəzər salanda aydın görünür ki, XIII yüzilin əvvəlləri Eldənizlər dövləti üçün fəlakətlər dövrü olmuşdur. Artıq içəridən zəifləməkdə olan dövlətin daxili düşmənləri ilə mübarizə aparmaq bir zərurətə çevrilmişdi. Eyni zamanda, bir tərəfdən gürcülər ölkəyə yürüşlər etmiş, digər tərəfdən monqollar və Xarəzmşahlar davamlı olaraq hücumları ilə dövləti zəiflətməyə çalışmışlar. Dövlətə ən ciddi təhdid isə getdikcə güclənməkdə olan Xarəzmşahlar idi. Bəzən təhdidlər, təhlükələr və hücumlarının eyni vaxta təsadüf etməsi onlarla mübarizəni çətinləşdirir, çıxılmaz vəziyyət yaradırdı. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycan sərhədlərinə çatdığı bir vaxtda gürcülərin Marağa üzərinə hücum çəkməsi dövlətin başçısını qorxuya salmış, Atabəy Özbək öz zəifliyi ucbatından dövləti qoruyub müdafıə edə bilməmişdi. Belə olan halda, dövlət işlərindən çoxdan tamamilə uzaqlaşan Özbəyin yerini Azərbaycan Atabəyləri dövlətinin əsil sahibi olan həyat yoldaşı – Məlikə Mehrican Xatun almışdır!
Sultan Cəlaləddin Azərbaycan Atabəylər dövlətinin sərhədlərini keçərkən Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına özünü çatdırmışdı. Mehrican Xatun isə sarayda və xalq arasındakı böyük nüfuzu hesabına Təbriz, Xoy, Salmas və Urmiyanı öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican Xatun vətəni və dövləti üçün sonadək onunla eyni fədakarlığı göstərən qəhrəman Təbriz hakimi Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad edə bilmişdi. Onun bu hünəri əsalətli bir qadın gücünün yenilməzliyinin simvoluna çevrilmişdi. Həyat yoldaşının qorxaqlığının tam əksinə olaraq, bu qəhrəman qadın böyük bir cəsarət və əzmkarlıq nümayiş etdirmişdi.
Təbriz yaxınlığında uzun müddət davam edən, “qılınclar sınan və nizələr cingildəyən döyüşlər”in Xarəzmşah Cəlaləddinin ordusuna böyük itkilər verməsi, mübariz şəhərin əsla təslim olmamaq niyyəti düşməni heyrətə gətirmişdi. Qüdrətli bir siyasi gücün, vətənpərvər bir başçının yönəltdiyi təbrizliləri dayandırmaq mümkün deyildi. Nəhayət, bu mübarizənin mənasız olduğunu anlayan Cəlaləddin geri çəkilməyə, Mehrican Xatunu Təbriz, Xoy hakimi kimi tanımağa məcbur olmuşdu. Cəlaləddini bu addımı atmağa vadar edən isə hər şeydən öncə, Mehrican Xatunun mərdliyi, iti ağlı, möhkəm əqidəsi ilə idarə etdiyi döyüşlərdəki sonsuz əzmkarlığı idi.
Həmin döyüşlər nəticəsində özünün idarəetmə gücünü ən yaxşı şəkildə isbatladığına baxmayaraq, dövlətin azadlığını qorumaq heç də asan olmamış, çətin mübarizələrin içindən keçmişdir. Mehrican xatun Azərbaycanın müstəqilliyini qorumaq yolunda həmişə israrlı olmuş, bunun üçün bir çox düşmənlə mübarizə aparmışdır. Belə düşmənlərdən biri də Xarəzmşah Cəlaləddinin tamahkar və hiyləgər vəziri Şərəf Əl-Mülk idi. O, Xoy və Salmas ərazilərinə özü yiyələnmək istədiyindən müxtəlif fitnəkarlıqlarla həmin bölgələrin hakimliyini ələ keçirməyə cəhd göstərmişdir. Hətta Məlikənin guya “Atabəy tərəfdarlarına hakimiyyət vəd edərək onları Sultana qarşı qızışdırması” barədə Cəlaləddinə yalan məktublar yazmışdı.
Vəzir Mehrican Xatuna sonsuz nifrət edir və müxtəlif yollarla ona böhtanlar ataraq gözdən salmağa çalışır, Məlikənin var-dövlətini, mülklərini və xəzinəsini ələ keçirməyə can atırdı. Vəzir Şərəf əl-Mülkün böhtanlarından yaxa qurtarmaq üçün Məlikə Xoyu tərk edərək Urmiya gölünün quzey hissəsində Marqut dağının burnunda yerləşən Tala qalasına çəkilmişdi. Şərəf əl-Mülk bunu fürsət bilərək dərhal özünü Xoya çatdırmış, Mehrican Xatunun bütün var-dövlətini ələ keçirmişdi. Mehrican Xatun iki dəfə bu tamahkar, sərvət hərisi vəzirin nifrətini yumşaltmağa cəhd göstərsə də o, Məlikənin tamamilə tabe olmasını tələb etmiş, öz çirkin həmlələrindən əl çəkməmişdir. Belə olan halda Mehrican Xatun Xilatdakı canişin Hacib Hüsaməddin Əlidən kömək istəmişdi.
Hüsaməddin Əli bu qəhrəman qadının, Sultan Cəlaləddinə təslim olmaması ilə bir cəsurluq dastanı yazan Məlikənin müraciətinə dərhal cavab vermiş, böyük ürəklə ona yardım etməyə can atmışdı. Hüsaməddin Əlinin qoşunu 1227-ci ildə Mehrican Xatunun qüvvələri ilə birləşərək Xoy və qonşu qalaları, Mərənd və Naxçıvan şəhərlərini tutmuş, Şərəf əl-Mülkü məğlub etmişdi. Tarixçi İbn əl-Əsirin yazdığına görə, “Hüsaməddin Əlinin və Mehrican Xatunun qüvvələri hətta Sultan Cəlaləddinin xəzinəsini ələ keçirib, vəzir Şərəf əl-Mülkün də yaxınlarını əsir alaraq Xilata qayıtdı”.
Dərin ağlı, siyasi səriştə və bacarığı, cəsurluğu sayəsində ölkəsi üçün həmişə böyük işlər görən Mehrican Xatun xalqını yadelli işğalçılara qarşı mübarizəyə qaldıraraq düşməni dəf edə bilmiş, Azərbaycanın müstəqilliyini qorumaq yolunda fədakarlığı ilə seçilərək əsil qəhrəmanlıq salnaməsi yazmışdır. O, bütün dünyaya örnək ola biləcək Azərbaycan qadınının gücünü simvollaşdırdı. Qadınlarımızın ən qədim dövrlərdən başlayaraq yaşadıqları dövlətdə və onun hüdudlarından kənarda ictimai-siyasi xadim, qəhrəman döyüşçü və bacarıqlı sərkərdə kimi seçildiyini, ad-san qazandığını görmək üçün Mehrican Xatunun ömür yoluna nəzər salmaq yetərlidir.
Mehrican Xatun türk xalqının döyüş ruhunu, əlinə silah alan türk qadınının cəngavərlikdə kişilərdən geri qalmadığını, rəşadəti, vətənsevərliyi ilə tarix yazdığını dünyaya isbatladı.
Ruhu şad olsun!

Bunu da oxuyun

Bakıda AQEM Media Forumu keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

Qənirə Paşayeva

Previous Post

Əri qorxub Əlincəyə sığındı, özü döyüşə girdi…

Next Post

Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

Bənzər yazılar

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

Next Post
Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

Son xəbərlər

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

01 Oktyabr 2026 - 16:34
Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

01 Oktyabr 2026 - 16:26
Bakıda 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 16:15
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb

Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb

01 Oktyabr 2026 - 16:07
Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00
Bu universitetdə magistratura planı 71 faiz artıb

Bu universitetdə magistratura planı 71 faiz artıb

01 Oktyabr 2026 - 15:51
Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

01 Oktyabr 2026 - 15:42
Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

01 Oktyabr 2026 - 15:30
KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.