Çavuşoğlu: Aİ-nin Türk Dövlətləri Təşkilatının işinə müdaxilə etməyə haqqı yoxdur

43

Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur.

Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarı pisləməsini şərh edərkən bildirib.

O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə olunmuş razılıqları pozmasına göz yummamalıdır.