"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Cavid – Aydın Məmmədov:”Azərbaycanın adını ləyaqətlə daşıyırıq!”

04 Fevral 2015 - 21:46
in CƏMİYYƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

Türkiyə Cümhuriyyətinə növbəti səfər zamanı “Eskişehir Azerbaycanlıları Dernegi” 10372567_320111518177578_5834315619903512510_nnin Başkanı eczaçı doktor Cavid – Aydın Məmmədovla görüşdüm, ölkəmizin KİV-ləri üçün müsahibə verməsini xahiş etdim. Həmin müsahibəni böyük məmnuniyyətlə nəzərinizə çatdırıram.
– Cavid müəllim,Türk dünyasının inkişaf etmiş şəhərlərindən olan Eskişehirde xoş gördük sizi. Söhbətə bu sualla başlamaq istəyirəm: Necə oldu ki, gələcək taleyinizi qardaş Türkiyədə qurmaq qərarına gəldiniz?

– Mən, Bərdə rayonunda anadan olmuş, orda boya-başa çatmışam. 1998 ci ildə ali təhsil almaq üçün Türkiyəyə gəldim. Ali məktəbi bitirdikdən sonra fikrim Vətənimə dönüb, Türkiyədə təhsilimlə qazandıqlarımı həyata keçirmək oldu. Ancaq magistraturada oxuyarkən təcrübəçi olaraq çalışdığım Eczanedə mənə “Türkiyədən getmək üçün hələ tezdir!” fikrini yaradan və gələcəkdə həyat yoldaşım olacaq Xanımla tanış oldum. O, mənə dedi: ” Türkiyə hər bir azərbaycanlı üçün qürbət sayılmaz!” Bu barədə düşündüm və Türkiyədə qalmaq, işləmək qərarına gəldim.

– Yaratdığınız “Eskişehir Azerbaycanlılar Dernegi”-nə Azərbaycanın aidiyyəti orqanları tərəfindən dəstək göstərilirmi?

– Türkiyədə Dərnəklər ilkin olaraq Türkiyə İcra Orqanları Dərnəklər Müdürlüğünə bağlı olaraq qurulur. Biz, Eskişehirde uzun illərdir qeyri rəsmi olaraq fəalyyət göstərirdik, ancaq rəsmi olaraq 2010-cu ildə fəaliyyətə başladıq ve daha sonra “Türkiyə Azərbaycan Dernekleri Federasyonu”na və Azərbaycan Respublikası Diaspora İiş Üzrə Dövlət Komitəsinə üzv olaraq fəaliyyətimizə davam etdik. Biz Dərnək fəaliyətlərimizə, əsasən də 2013-cü ildə, “Türk Dünyası Mədəniyyət Paytaxtı Eskişehir” olduğu zaman Diaspora İş Üzrə Dövlət Komitəsinə 4 dəfə layihə göndərdik, ancaq hər hansı rəsmi bir cavab verilmədi. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi, bilavasitə, ciddi nəzarəti altında , dünyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarına dəstək verilməsi üçün yaradılan Komitənin bizləri daha yaxından tanıyıb fəaliyətlərimizə və layihələrimizə diqqət yetirməsi zəruridir. Türkiyədə fəaliyət göstərən bir Dərnək üçün rəsmi orqanlara göndərilən bir rəsmi yazıya cavab gəlməməsi təəccübləndirici haldır. Ancaq bunu da bildirməliyəm ki 4 ildən çoxdur, Azərbaycanı tanıtmaq üçün gördüyümüz sayısız işlərdə və fəaliyyətlərdə Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin, İstanbulda yeni fəaliyətə başlayan, 1 ildə çox yüksək səviyyəli işlərə imza atan İNDEX-AZEDER Təşkilatının, Eskişehir Valiliyinin, Eskişehir 2013 Türk Dünyası Mədəniyət Başkenti Ajansının, Eskişehir Tepebaşı Bələdiyyəsinin, Eskişehir Odunpazarı Bələdiyyəsinin, Eskişehir Anadolu və Osmangazi Universitetlərinin çox böyük dəstəyini gördük.

– Eskişehirdə təşkil etdiyiniz tədbirlərin bir çoxu azərbaycanlı oxuculara məlumdur.Daha ətraflı məlumat versəz,yaxşı olardı.

– Dərnəyimizin adından da bilindiyi kimi biz, !Eskişehir Azərbaycanlılar Dərnəyi” olaraq, işin sadəcə anım mərasimlərində və ya bayramlarda bir yerə yığışıb,tədbir keçirib, dağılışmaqla fəaliyyətimizi yekunlaşmış hesab etmirik. Bizlər, ruhunda Azərbaycanı hiss edən, Azərbaycana qarşı vicdani vəzifəsini bilən və bizləri tanımağa çalışan Dərnək üzvlərimizlə hər sahədə Azərbaycanın şanlı tarixini, mədəniyyətini, xarici siyasətini, acılı günlərini, bayramlarını və milli dəyərlərini yaşayıb tanıtmaq üçün fəaliyyətlər göstəririk. Xocalı soyqırımını, Qarabağın işğalını, itirilən torpaqlarımızı, tarixi Azərbaycan ərazilərini, 20 Yavar faciəsini Eskişehir içtimaiyətinə tanıtmaq üçün bir çox konfrans, sərgi və tanıtım stendləri tərtiblədik. Bayram günlərimizdə də Türkiyə vətəndaşları, habelə, Anadolu türklərilə birgə, azərbaycanlı olaraq bayramlarımızı qeyd etməyə çalışırıq.

– Siz, həm də tibb sahəsində çalışırsız.Türkiyənin tibb ocaqlarında qarşılaşdığınız hansı yeniliyi Azərbaycan səhiyyəsinə tətbiq etmək istərdiniz?

– Tam olaraq tibb sahəsi sayılmasa da, bir əczaçı olaraq Türkiyənin səhiyyə işlərinə bələdəm. Mənə görə son 20 ildə hər yönüylə güclənən Azərbaycanın artıq sosial və səhiyyə işlərində də inkişaf zamanı gəlib çatıb. Azərbaycan üçün ilkin mərhələdə ən əsası sağlıq – sığorta məsələsinə keçidin həll edilməsi və məcburi hala gətirilməsi lazımdır. Bu, həm xalqın rifahına, həm də sosial yaşantısına öz təsirini göstərəcək.

– Bu ilin sonunda “Türkiye Azerbaycan Dernekleri Federayonu”-nun növbəti qurultayı olacaq. Qurultaydan nə gözləyirsiz?

– Əslində,TADEF-in növbəti Qurultayı bu ilin noyabr ayında olmalıydı. Türkiyə Dərnəklər qanununda yazılı olan maddəyə görə seçimli qurultayların olacağı tarixdən ən azı 30 gün əvvəlcədən Federasyiya üzvlərinə yazılı şəkildə bildirilməlidir. Hazırda bizə bu tarixdə gələn hər hansı bir rəsmi yazı olmadığı üçün qurultayın olub-olmayacağı və ya tarixi haqqında məlumatımız yoxdur. Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq, biz TADEF Qurultayından çox şey gözləyirik. Federasyon Yönətiminin daha aktiv olması və daha çox Dərnəkləri öz tərkibinə daxil etməsi gərəkliiyini düşünürük. Türkiyədə fəaliyyət göstərən bir Federasyonun başqa ölkələrdə ən əsası Azərbaycan Qeyri Hökümət Təşkilatlarıyla əməkdaşlıqları olmalıdır. Və ayrıca Federasyon Türkiyədə səs gətirəcək fəaliyyətlərə imza atmalıdır və birləşdirici güc olmalıdır.

– Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində Sizin rəhbərlik etdiyiniz təşkilatın öz yeri var. Daha böyük uğur qazanmaq üçün nələri təklif edərdiniz?

– İlk olaraq bunu qeyd edə bilərəm ki Azərbaycan Türkiyədəki Diaspor fəaliyyətlərini qardaş ölkə, bir millət iki dövlət anlayışıyla lazımsız olaraq görənlər var. Ancaq unudulmamalıdır ki erməni diasporunun ən çox fəal olaraq medya və diaspor fəaliyyətlərinin olduğu ölkələrin başında Türkiyə gəlir. Ayrıca Azərbaycanımızın Prezidenti Cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayında dilə gətirdiyi “Azərbaycan Diasporu, Türk Dünyası Diasporu kimi fəaliyyət göstərməlidir!” sözlərinə diqqət yetirəcək olursaq, buna ilk olaraq Türkiyədə güclənərək başlaya bilərik. Türkiyədə fəaliyyət göstərən təşkilatlarımızın- çox üzülərək söyləyə bilərəm ki- bir- biriylə əlaqəsi çox zəifdi və bu işə ilk olaraq bununla başlamalıyıq. Güclü diaspor ilkin olaraq güçlü və sıx əlaqələrdən keçər deyə, düşünürəm. Bizlərin öz Federasyonumuza 2012 –ci ildə qurultayında təklif etdiyimiz ən vacib məsələ də məhz, bu idi. Bir də xaricdə fəaliyyət göstərən Dərnəklərimiz hər cür siyasi və dini ayrımcılıqdan uzaq durmalıdırlar. Bu bizim Diaspor təşkilatlarının parçalanmasında və passivləşməsindəki ən başlıca səbəblərdən biridir.
– Türkiyədə əməkdaşlıq etdiyiniz və ya fəaliyyətlərini bəyəndiyiniz təşkilatlar varmı? Bu barədə bizə ad verməniz mümkünmü?
– Türkiyədə daha öncə qeyd etdiyimiz kimi əməkdaşlıq etdiyimiz Dərnəklər var. Ancaq fəaliyyətlərini yaxından izlədiyimiz Dərnəklərdən çox yaxın zamanda fəaliyətlərini durduran və Başqanlığını son olaraq çox dəyərli böyüyümüz Turgut Aratın olduğu “İzmir Azərbaycan Kültür Dərnəyi” ni qeyd edə bilərəm. Lakin bu dərnəyini fəaliyətini durdurmasından sonra İzmirdə yeni fəaliyətə başlayan Azərbaycan Kardeşlik və İşbirliği Dərnəyi ilə, İzmir Azərbayacn Kültür Evi və Dayanışma Dərnəyi də eyni şəkildə fəaliyətlərə davam edəcəkləri inancındayam. Türkiyədə fəaliyyət göstərən İndex-AZEDER Dərnəyi ən əsası Azərbaycanın gələcəyi olan insan kapitalının yetişməsində və ölkəyə faydalı mütəxəsislər yetişdirməkdə və Türkiyənin hər şəhərində oxuyan tələbələrlə əməkdaşlıq və birlik işində çox gözəl işlər gördüklərini qeyd etməmək olmaz. Bunlardan ayrı Dərincə Azərbaycan Evi Dərnəyi, Balıkesir Azərbaycan Evi Dərnəyi, İstanbul Ttürk Azərbaycan Kültür və Dayanışma Dərnəyi, İstanbul Türkiyə Azərbaycan Dərnəyini saymaq olar. Dərnəklərdən ayrı Universitetlerdə azərbaycanlı fəal tələbələr tərəfindən qurulmuş olan Tələbə Topluluklarını da qeyd etmək yerinə düşər. Kahraman Maraşda Tural Şahbazlı, Elazığda Hikmət Həbibzadə, Kayseridə Nəcəf Qənbərov, Sakaryada Aliq Bağırov və daha adını çəkə bilmədiyim, Azərbaycanın dəyərlərinə sahib çıxan bir çox tələbə qardaşımız var.
– Maraqlı söhbət üçün sağ olun.

Söhbəti yazdı:

Şamil Sabiroğlu

Previous Post

Cavid – Aydın Məmmədov:”Azərbaycanın adını ləyaqətlə daşıyırıq!”

Next Post

Yaşamıram yaşamaq üçün…Yaşayıram, yaşatmaq üçün…

Bənzər yazılar

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

24 Oktyabr 2026 - 11:09

Xankəndi şəhərində “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində “AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi...

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

24 Oktyabr 2026 - 10:50

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Bu barədə Milli Hidrometeorologiya Xidməti...

Next Post

Yaşamıram yaşamaq üçün...Yaşayıram, yaşatmaq üçün...

Biz hansı ədəbiyyatı yaratmalıyıq?

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.