ONA İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində bildirib.
O, İsrail baş naziri Benyamin Netanyahunu, ABŞ prezidenti Donald Trampı və onların müttəfiqlərini İran haqqında yalan məlumatlar yaymaqda günahlandırıb. Bildirib ki, İranın səbir kasası artıq dolub.
Ötən gün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi Yukiya Amano İranın nüvə öhdəliklərini yerinə yetirdiyini və bu əməkdaşlığın davam etməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, bu il fevralın 14-də Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə sazişinə sadiqliyini təsdiqləmişdi. Ötən ilin may ayında ABŞ prezidenti Donald Tramp nüvə sazişindən çıxaraq, İrana qarşı yenidən sanksiyalar tətbiq etmişdi. Həmin sanksiyalar nüvə sazişinə uyğun olaraq ləğv edilmişdi.
İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaları xaricdən verilən tapşırıqlarla əlaqələndirib. Elchi.az xəbər verir ki, o, müxalifətdəki proseslərlə bağlı...




















Son şərhlər