"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Camaat erməni əsiri öldürmək istədi…”

07 Avqust 2015 - 16:05
in CƏMİYYƏT
FacebookVatsap

Darvazanın səsinə gözlərini çevirdi. Mənim ərkyana həyətə girdiyimi görüb, əlini ehmalca üst-başında gəzdirdi. Topuqlarına qədər uzanan ətəyini sığalladı, yaxasına baxdı, arxayın olduqdan sonra ki libasında üz qızardacaq bir şey yoxdur, əks tərəfə – evin qapısına tərəf baxdı:

Bunu da oxuyun

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

İtmiş şəhərlərin axtarışında

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

 

– Ay gəlin, gəl gör kimdir bu adam?!

 

Ayaqlarını uzadıb, kürəyini divara söykəyib döşəkcənin üstündə oturmuşdu. Qarşısındakı süfrədə gilas və çay vardı. Yaşı çox olardı – əsrin həndəvərində.

 

Sandığında nə varsa, tökəcək ortalığa
Qadının səsinə evin qapısı açıldı. Qonşumun qonaq gəlmiş azyaşlı qız nəvəsi bayıra çıxdı, yaxınlaşıb qarının dizinin üstündə oturdu:
– Faiq babadır da, ay nənə. İndi babaya deyəcək ki, sənin əl qabiliyyətin yaxşıdır, gəl gör bu motor niyə işləmir? Day bilmir ki, babam yorulub bunun işığın, motorun düzəltməkdən…

 

“Uşaq sözün düzün deyər, yəqin, evdə böyüklərin arasında bu söhbət olub ki, balaca qız belə deyir”, – fikirləşdim və ürəyimdən keçirdim ki, xeyiri yoxdur, babası gəlib nasosu düzəltməlidir, susuz qalmayacağıq ki…
– Ay bala, səni tanımadım, kimlərdənsən? – arvad şirin Qarabağ şivəsində dilləndi. Görünür, balacanın mənə baba deməsi qarını duyuq salıb, məni qohumlardan biri bilib.
– Tanımazsan, ay arvad, sənin yaşın çatmaz, sən dəstə qız idin mən kənddən çıxanda, – zarafat etdim və ərklə qarının düz yanında bardaş qurub oturdum.

 

– Bizlərin danışığına oxşamır danışmağın… Kimlərdənsən?

 

“Arvad söhbətin axırına çıxmalıdır e”, – düşündüm və qarşısındakı gilas nimçəsini özümə tərəf çəkdim. Arvadın baxışları nimçənin ardınca düşdü:

 

– Ye bala, ye, ölənlərinə ehsan olsun…

 

Gilasdan daddıqdan sonra nimçəni onun dizlərinin üstünə qoydum:

 

– O qədər köksən ki… qarnın qoymur əlin nimçəyə çatsın, baxırsan elə, ye…

 

Qarnı atıla-atıla gülür:

 

– Sən qıvla, kimlərdənsən, bizim gədələr kimi şuxsan…

 

Ona deyirəm ki, qonşuyam, qohum deyiləm, tanımazsan. Evin xanımı da bayıra çıxır, mənim üçün gətirdiyi çayı süfrəyə qoyduqdan sonra durub gözləyir.

 

– Ay xala, bilirsən gəlinin niyə durub gözləyir? Gəlişimin səbəbini öyrənmək istəyir. Amma bilmir ki, sənin burda olduğunu bilib gəldim ki, söhbət edəm, səhərdən tək oturub milçək qovursan, ağzına söz də almırsan.

 

Evin xanımı ərini köməyə çağırmayacağıma əmin olduqdan sonra rahat nəfəs aldı:

 

– Başın haqqı, ağlıma heç nə gəlmir. Həmişə gəldiyin evdir, elə xalam da söhbətcil adam axtarır. Danışdır, sandığında nə var, tökəcək ortalığa. Ağzının qoruq-qaytanı yoxdur.

 

Bəxtəvərin balası, indiyə kişi qalar?

 

Arvad kirpiklərinin ətrafı qırmızı rənglə əhatələnmiş, giləsi bozarmaqda olan nuru avazımış gözləri ilə hələ də mənə baxırdı. Söhbətə çəkdim:

 

– Bu qapıya cürbəcür yaşlı adamlar gəlir, hamısı da zənən xeylağı. Kişiləriniz haradadır?

 

Arvad ləzzətlə gülür:

 

– Bəxtəvərin balası, indiyə kişi qalar? Çoxdan gömülüb torpağa… Bizim nəslin arvadları kişi başı yeyəndir, – deyib iri bir gilası ağzına aparır. Dodaqlarına qan sızır, elə bil. Gilasın suyu çənəsindən aşağı sızır. Əlinin içi ilə “qanı” təmizləyir.

 

– Şirindi, amma bizim tərəfin meyvəsinə çatmaz.

 

– Əlbəttə, çatmaz, sizin tərəfin ağacları əsirlikdə zülm çəkir.

 

– Öz əllərimlə əkib becərmişdim. Allah baisin evini yıxsın, bizi yerimizdən-yurdumuzdan etdi. Qoymadılar qılçamızı uzadıb rahat ölək.

 

Nəvəsinin müraciətindən qarının adının Nabat olduğunu öyrənirəm.
Qarının kirpikləri də ağarıb, yelçəyinin altından ağ saçları qulaqlarının üstünə çəkilib. Təmiz və səliqəli geyinib…

 

– Niyə yaşayıram, heç özüm də bilmirəm. İki oğlumu, bir nəvəmi tapşırdım torpağa. Arsız qarıyam, arsız ömür sürürəm.

 

 

Hər adam belə ölmür, buna da şükür

 

Örpəyinin ucunu düyünləyirmiş kimi barmaqlarına dolayır:
– Erməni qoymadı ayaqlarımı uzadıb rahat ölüm, – deyib dərindən köks ötürdü. Ağır bədənini yırğaladı. Qulaqlarını çiyinlərinə tərəf “dartan” qədim sırğalar səs elədi. Gözləri dizlərinin üstündəki nimçəyə dikildi. O, nimçəni, nimçədə bir-birinə yaraşıq verən gilasları görmürdü, uzaqlara baxırdı…

 

Evin xanımı içini çəkdi, qadına baxdı:

 

– Ağlamasa yaxşıdır…

 

Arvad isə ağlamadı. Evin sahibəsinə gözucu nəzər saldı:
– Niyə ağlayım ki! Buna da şükür. Qalanlara heç nə olmasın. Ölənlərim azarlayıb ölməyib, kafir qabağına çıxıb, düşmənlə davada ölüblər. Hər adam belə ölmür, buna da şükür.

 

Nabat arvadın sinəsinin dolu olduğunu, amma danışması, dərdini paylaşması üçün himə ehtiyac duyduğunu hiss edirəm:

 

– Danış, Nabat xala, harada olursan, kimlə yaşayırsan?

 

Nabat xala ehmalca əlini ağırtaxta tumanın üstündə gəzdirib, sakit səslə dillənir:

 

– Mən Füzulidənəm. Ermənilər gələnə qədər orada olmuşuq. İndi də elə özümü o xaraba qalmış cənnət yurdumda görürəm. Burada isə harada yaşadığımı heç özüm də bilmirəm. Sağ olsun balalarım, 10 gün onun evində, 5 gün bunun evində oluram. Boğçamı da özümlə aparıram. Yanımı qoyub isitdiyim yer yoxdur, başına dönüm sənin. Əcəl harada yaxaladı, yasımı da o evdə verəcəklər. Bunlara da yük olmuşam.

 

Balalarımın qəbirlərini yalamasam, ölmərəm
– Ölməyə tələsmə. Camaatın başı dolanışığa qarışıb, ölüb əllərini işdən soyutma.
– Hara ölürəm?! Yurdumuzu görməsəm, balalarımın qan daman qəbirlərini dilimlə yalamasam, qəbrin üstündə bitən tikanı, ot-ələfi dişlərimlə qoparmasam, heç ölərəmmi?
Nabat xalada bir arxayınlıq var. Mənə də sirayət edir onun ovqatı. İnanıram ki, yaşayacaq, balalarının məzarını ziyarət edəcək.
– Neçə yaşın var, Nabat xala?
– Şah Abbası qundaqda görmüşəm… Yaşım çoxdur. Bax, bu gəlin mənim bacımın nəvəsidir. Rəhmətlik ərim “nemes”lə davaya gedəndə 3 uşağım vardı, biri də boynumda idi. Davadan gələndə 4-cü gədənin 3 yaşı olacaqdı. İndi hesabla, gör nə qədər yaşım var… Xoş günümüz çox olub. Kişi davadan gələndən sonra kolxoza sədrlik etdi. Özüm də pambığa gedirdim. Sonra 7 qarın da doğdum.
Nabat xala danışdıqca elə bil, cavanlaşırdı. Xoş bir ifadə vardı sifətində. Ağzına bir gilas da qoyur. Dodaqlarını dişlərinə yardımçı edir:
– İşləməkdən yorulmurdum ki… Heç kəs yorulmurdu. Hamı zəhməti ilə dolanırdı.

 

Eşidəndə ki, ermənilər Qarabağı istəyir, güldük…
– Təkcə işləməkdən yox, heç doğmaqdan da yorulmamısan, 11 uşaq az deyil. Maşallah, kişi sağ olsaydı, nəticələrinlə uşaqların bir sinfə gedərdi.
Arvada ləzzət edir:

 

– Yox, başın haqqı, doğmazdım. Elə ki böyük qız ana oldu, rəhmətliyə dedim, yığış otur yerində. Ta doğan deyiləm. Ayıb olar. O da umub-küsürdü…
– Kişinin başını yedin, özün də maşallah, caydaq olmusan, darıxmadın ki?
Arvad eyhamımı başa düşmür.
– Darıxmağa vaxt olmurdu. Gecələr yerimə girəndə fikirləşirdim, deyirdim, ay başıbatmış, bir az da dözəydin, balalarının böyük adam olduğunu görəydin də…
Sonra gözlərini hərləyib kötücəsi sayılan qız uşağına baxır. Uşağın bir yerdə rahatsız durması, nadinc hərəkətləri xoşuna gəlmir. Əlinin arxası ilə uşağı kənara itələyir. Həyat hekayətinə davam edir:
– Başıbatmışlar həmişə süfrəmizin çörəyini yeyiblər. Elə bir toyumuz olmazdı ki, pay-püşlə gəlməsinlər. Biz də elə. Eşidəndə ki, Qarabağı istəyirlər, güldük. Dedik, elə Qarabağın yaxşı yerləri onlarındır dana. Biz aranda pambıq becərəndə onlar dağlarda, yaylaqlarda olurdular. Yaxşı yaşayırdılar. Mənimkilər də davaya getdi. Mən davanın nə olduğunu yaxşı bilirdim. Ərim düz 3 il yarım vuruşmuşdu. Elə bilirdim ki, dava qurtarana qədər bunları da görmərəm. Amma tez-tez evdə olurdular. Elə bil, mal nabatına gedirdilər. Bir gün evdə, bir gün davada. Sonra dava qızışdı, az-az gəldilər. Evin başıpapaqlılarının hamısı erməni ilə döyüşürdü. Cavanları deyirəm. Bir dəfə bir erməni dığasını gətirdi nəvəm. Dedi, əsir götürmüşəm, axşam aparıb təhvil verəcəm. Kənd camaatı isə deyirdi ki, yox, öldürək. Qoymadım öldürsünlər. Evin altında, zirzəmidə saxladım. Özüm yemək-içməyini verirdim. Qolu-qıçı zəncirdə idi. Yalvarırdı mənə, nənəmsən, başına dönüm, sən Quran, sən Həzrət Abbas, qoyma məni öldürsünlər, deyirdi. Deyirdim qorxma, səni öldürmərik.

 

 

Ermənini saxladım ki…
– Niyə saxlayırdın ki?
– Qorxurdum balalarımdan birini əsir alarlar, onunla dəyişərəm. Nəvəm hər döyüşdən gələndə onu vururdu. Axı dostlarından ölən olurdu, acığını çıxırdı. Mən isə qoymurdum. Bir dəfə erməni dığası “adam desəm, tanıyarsan?” – deyə soruşdu. Dedim, de görüm. Kişinin adını çəkdi, babamın dostudur, dedi, çoxdan rəhmətə gedib. Babasının adını soruşdum, dedi. “Kimin oğlusan, a bala?” – soruşdum. Anasının adını dedi. Dedim, sənin anan balaca uşaq olanda bax, bizim bu həyətdə o qədər olub ki… Hətta mənim ortancıl gedəm ona görə kənd uşaqları ilə də dava-dalaş salıb. Soruşdum, niyə belə naxələf çıxdınız? Dinmədi. Başını aşağı saldı. Handan-hana dedi ki, anam dedi, əsir düşüb eləsən, sizləri nişan verim, öldürməzlər, imkan olsa, salamat qaytararlar.
Arvad barmaqlarını kotan kimi üstündə oturduğu döşəkcənin məxmər üzündə gəzdirdi. Hərəkətlərinə xeyli fikir verdim. Danışmadı. Dərindən bir ah çəkdi. Yaralarının qaysağı qopmuşdu, qanı içinə damırdı.
– Bəs sonra o əsirə nə etdiniz?

 

– Daş düşdü başıma. Elə bil, niyyət eləmişdim. Niyyətim qara daş oldu düşdü başıma. Nəvəmi vurdular, meyit  qaldı onlar tərəfdə. Oğlum balasının ardınca getdi, çox əziyyət çəkdi, meyiti vermədilər. Özü də vuruşurdu. Balamın ölüm xəbərindən 7 gün keçmiş onu da vurdular. Həmin ermənini nəvəmin və daha 3 nəfər döyüşçümüzün meyiti ilə dəyişdik…

 

Nabat xala ilə dərdləşməmiz çox çəkdi. Qarabağdan uzaq düşdükdən sonra qara günlər yaşamasından xeyli danışdı:

 

– Baxma, ay bala, indi hər şey var, geyim-keçim, yemək-içmək, nəvələrin toy-nişanı – hər şey. Amma indi əvvəllər olduğu kimi sevinmək olmur ki!

– See more at: http://axar.az/news/60477#sthash.TY5oTTVr.ZjeiHekH.dpuf

Previous Post

“Camaat erməni əsiri öldürmək istədi…”

Next Post

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 nəfər ölüb ölüb

Bənzər yazılar

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib. Elchi.az ölkənin Yer Elmləri İnstitutu - Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir...

İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53

 Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan yeni tapıntılar – AZTV-nin eksklüziv reportajı Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması...

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb 110 kV-luq...

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23

2030-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) illik dəyərinin 169,1 milyard manata, o cümlədən qeyri-neft-qaz ÜDM-nin illik dəyərinin 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Elchi.az...

Next Post

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 nəfər ölüb ölüb

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 nəfər ölüb ölüb

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.