Cənubi Koreya Şimali Koreyanın 200-ə yaxın artilleriya mərmisi atdığını bildirib. İki saat davam edən atışma səbəbindən evakuasiya əmri verilib.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı məsələ ilə bağlı açıqlama verib.
Açıqlamaya görə, Şimali Koreya yerli vaxtla saat 09.00-11.00 arasında Cənubun qərb sərhədində yerləşən Yeonpyeong adasının şimalındakı Deungsan burnundan təxminən 200 artilleriya mərmisi atıb.
Güllələr Şimali Koreya ilə faktiki dəniz sərhədi olan Şimal Demarkasiya Xəttinin şimalındakı bufer zonasına düşüb.
Şayəstə Hüseynova