Koreya Respublikasının Prezidenti Yun Seok Yeol Şimali Koreya lideri Kim Çen Inlə sammitin keçirilməsinin əleyhinə deyil, lakin o, düşünür ki, görüşdən əvvəl ciddi iş aparılmalıdır ki, praktiki nəticələrlə yekunlaşsın.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Koreyalararası sammit Şimali Koreyanın nüvə silahından imtina edib-etməməsindən asılı olmayaraq keçirilə bilər. Sammit işçi səviyyəsində müzakirələrdən sonra, gündəm və nəticələr hazırlandıqdan sonra keçirilməlidir”, – deyə prezident KBS teleradio şirkətinə müsahibəsində bildirib.
Yun Seok Yeol bildirib: “Sadəcə sammit keçirmək ideyası yenə heç bir nəticə verməyəcək bir şouya çevrilə bilər”.
Yeganə