Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın nümayəndə heyəti ilə Ukraynaya uçan təyyarənin Polşada saxlanılması ilə bağlı insident yaşanıb. Elchi.az bu barədə Lent.ru ya istinadən xəbər verir.
Məlumata görə, Hani adlı şəxs 1993-cü ildə etnik polyak Yanuş Valus tərəfindən öldürülüb. O, ömürlük həbs cəzasına məhkum edilib. 2022-ci ildə şərti azadlığa buraxıldıqdan sonra o, cəzasını xüsusi ayrılmış yerdə çəkir.
Jurnalistlər qeyd ediblər ki, Varşava və Pretoriya həbsdə olan Valusun taleyi ilə bağlı illərdir mübahisə edirmiş. Polşa hakimiyyətinin onun azadlığa buraxılmasını istəmək niyyətində olduğu iddia edilir.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi təyyarənin göyərtəsində təhlükəli materialların və bəyan edilməmiş şəxslərin olması səbəbindən ləngidiyini bildirmişdi.
Havar Şəfiyeva