Keçən həftədən bəri Cənubi Afrikanın müxtəlif bölgələrinə təsir edən şiddətli yağışlar və fırtınalar nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Elchi.az xəbər verir ki, Kooperativ İdarəetmə və Ənənəvi İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, ölkənin böyük bir hissəsinə təsir edən fırtınada 18 nəfər həyatını itirib: Qərbi Keypdə 11, Şimali Keypdə 3, Azad Dövlətdə 2, Şimal-Qərb və Mpumalanqa əyalətlərində isə hər birində bir nəfər.
Qərbi Keyp əyalət hökumətinin açıqlamasında bildirilir ki, fırtınadan əsasən Qarden Route bölgəsində 150 mindən çox insan zərər çəkib və minlərlə insan evsiz qalıb.
Bəyanatda həmçinin 100-dən çox məktəbin zədələndiyi və təxminən 150 əsas yolun nəqliyyat üçün bağlandığı bildirilir.
Milli medianın məlumatına görə, ölkənin kənd təsərrüfatı istehsalının əhəmiyyətli bir hissəsini təşkil edən Qərbi və Şərqi Keypdəki bir çox ferma da su altında qalıb və əkin sahələri zədələnib.
Şayəstə





















