Cənubi Afrika sülh missiyasının Moskva və Kiyevə planlaşdırılan səfərinin müxtəlif aspektləri üzrə maraqlı tərəflərlə intensiv məsləhətləşmələr aparır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqveniya məlumat verib.
O, səfərin təfərrüatlarını razılaşdırmaq üçün gələn həftə Moskvaya nümayəndə göndərməyi planlaşdırdığını təsdiqləsə də, təkzib etməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Afrika ölkələrindən ibarət nümayəndə heyətinin Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün Moskvaya səfər edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, belə bir təşəbbüslə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa çıxış edib.
Havar Şəfiyeva